Çempionlar Liqasının II təsifat mərhələsində iyulun 24-də "Neftçi"ni qəbul edəcək Gürcüstanın "Zestafoni" klubunun futbolçusu Zurab Mentaşaşvili qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan gürcü futbolçu "Neftçi"yə məğlubiyyətin hələ son olmadığını bildirib:
"Biz cavab matçında ən azı 3-4 top fərqi ilə qələbə qazanmalıyıq. Növbəti mərhələyə keçə bilməyəcəyik? Mən belə düşünmürəm. Azarkeşlərdən xahişim budur ki, stadiona gəlsinlər və bizi dəstəkləsinlər.
Çünki bizim çox yaxşı komandamız var. Bu oyundan ən azı reytinq xalı ilə ayrıla bilərik. "Neftçi"yə ilk oyundakı məğlubiyyət hələ son deyil. Bu dəfə evdə oynayacağıq və qələbə qazanacağımıza inanıram".
Qeyd edək ki, "Zestafoni" - "Neftçi" matçı iyulun 24-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...