Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun köməkçisi, veteran futbolçumuz Nazim Süleymanov Qol.Az-a müsahibəsində klublarımızın Avrokuboklarda keçirdikləri ilk oyunlara münasibət bildirib.
- İlk öncə son ölkə çempionu “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Zestafoni” klubu ilə keçirdiyi ilk oyunu şərh edərdiniz?
- Əvvəla, deyim ki, “Neftçi” komandası çox gözəl oyun nümayiş etdirdi və çox layiqli də qələbə qazandı. Yeni transferlər də əla təsir bağışladı. Yəqin ki, bu, legionerlərin hələ tam olaraq potensialları deyildi. Deməli, biz oyundan-oyuna yeni transferlərin daha yüksək səviyyəli çıxışlarını görə biləcəyik. "Neftçi" ilk rəsmi qarşılaşmada çox yaxşı təsir bağışladı.
- “Zestafoni”nin səviyyəsindən aşağı çıxış etdiyini söyləmək olar?
- Çoxları deyir ki, “Zestafoni” zəif oynadı. Axı onları zəif oynamağa məcbur edən rəqib komanda var idi. Yəni, "Neftçi" "Zestafoni"nin yaxşı çıxış etməsinə imkan vermədi.
- Necə düşünürsünüz, indidən “Neftçi”nin mərhələ keçdiyini söyləmək olarmı?
- Xeyir, bu yalnız nisbi ola bilər. Belə götürəndə hardasa 70 faiz mərhələnin taleyini həll edə biliblər. Qalan 30 faizi isə gərək səfər görüşündə qazansınlar. Futbol 90 dəqiqə oynanıldığı üçün indidən boşalmaq lazım deyil.
- Mərhələ adlayacağı təqdirdə “Neftçi”nin növbəti rəqibi Slovakiyanın “Jilina” və ya İsrailin “İroni Kiryat" klubları olacaq. Sizcə, hansı komanda bizim üçün uğurlu rəqib sayıla bilər?
- Hazırda “Neftçi” komandası yaxşı formadadır. Düzdü, biz indi durub hansısa klubun adını çəkə bilmərik. Lakin həmin klubların "Neftçi"nin dişinə görə olduğunu söyləmək olar. Elə bilirsiniz, həmin klublar sevinirlər ki, “Neftçi”ylə düşüblər. Bəlkə, elə onlar da klublarımızdan çəkinirlər.
- Digər Avrokubok təmsilçimiz “Xəzər Lənkəran”ın çıxışı sizdə necə təəssürat oyatdı?
- “Xəzər Lənkəran” oyuna yaxşı başlamışdı. Sonra hava şəraiti onlara mane olmağa başladı. Yağış çox güclü yağırdı. “Lex”ə gəldikdə isə onların səviyyəli klub olduğu açıq-aydın görünürdü. Ancaq daha çox real qol imkanları "Xəzər Lənkəran" tərəfindən təşkil olundu. Növbəti oyuna daha ciddi hazırlaşmaq lazımdır.
- “Lex” səddini keçməyi “Xəzər Lənkəran” üçün nə dərəcədə real görürsünüz?
- Axı niyə də, olmasın ki? Əgər səfərdə Estoniya komandası üzərində 2:0 hesabıyla qalib gələ biliblərsə, niyə də, bunu Polşada təkrarlamasınlar. Bunun üçün 90 dəqiqə mübarizə aparmaq və ilk növbədə mütləq qol vurmaq lazımdır.
- "Xəzər Lənkəran"ın da növbəti mərhələdəki potensial rəqibləri bəllidir. Lənkəran təmsilçisi növbəti mərhələyə adlayacağı təqdirdə “AİK” (İsveç) - “Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək...
- Hər iki rəqib komandayla “Xəzər Lənkəran” mübarizə apara bilər. Lakin hardasa, bir az ”AİK” komandası güclüdür. Bununla belə, “Hafnarfyordur” komandasını keçə bilərik.
- Digər bir təmsilçimiz - "İnter"in növbəti mərhələdəki rəqibi isə heç də zəif hesab olunmur. "İnter" "Asteras Tripolis" səddini keçəcəyi təqdirdə Portuqaliyanın "Maritimo" klubu ilə qarşılaşacaq...
- Düzdü, ikinci yarıda “İnter” qol vura bildi. Ruslan Əmircanovun əla ötürməsindən sonra Tales Şüts başla gözəl oynadı. Ümumi götürəndə “İnter” pis təsir bağışlamadı. Məncə, oyunun baş hakimi "İnter"ə qarşı bir az qərəzli idi. Yəni, elə epizodlar olurdu ki, Yunanıstan təmsilçisinə qol vurmaq üçün imkan yaradırdı. Belə qərarlar bəzi futbolçularımızı həvəsdən salırdı. Düzdü, rəqibin təcrübəsi və çıxış etdiyi çempionatın səviyyəsi bizi üstələyir. Lakin mənə elə gəlir ki, həm “Xəzər Lənkəran”, həm də “İnter” səfərdən yaxşı nəticəylə qayıda bilərlər. Futbol səhvlər oyunudur. Lakin çalışmalıdırlar ki, kobud səhvlərə yol verməsinlər.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər