"Xəzər Lənkəran" klubunun hücumçusu Branimir Subaşiç tarixi nailiyyətə imza atıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu Azərbaycan klublarının heyətində ardıcıl 4, ölkəmizin 1 komandasının heyətində isə ardıcıl 3 avrokubok matçında qol vuran ilk oyunçu kimi tarixə düşüb.
“Xəzər Lənkəran”ın bu il avrokubokda keçirdiyi hər 3 oyunda qol vuran Azərbaycan yığmasının futbolçusu iyulun 5-də “Nomme Kalyu” ilə Lənkəranda, 5 gün sonra Estoniyadakı cavab matçında, ayın 19-da isə Polşa “Lex”i ilə görüşdə fərqlənib. Bunadək heç bir futbolçu Azərbaycanın bir klubunun ardıcıl 3 avrokubok görüşündə fərqlənməmişdi.
Branimir bundan əvvəl sonuncu dəfə Azərbaycan klubları ilə Avrokubokda da qol vurmuşdu. Bu, 2007-ci il avqustun 2-də olub. Həmin gün “Neftçi” klubunun şərəfini qoruyan Subaşiç Avstriya “Rid”i ilə Bakıdakı cavab matçında fərqlənib. Həmin oyun hücumçunun “Xəzər Lənkəran”a qədərki karyerasında Azərbaycan təmsilçiləri ilə avrokubokda son oyunu idi. Bununla da, hücumçu klublarımızın tərkibində heç kimin bacarmadığına imza ataraq keçirdiyi ardıcıl 4-cü matçda qol sevinci yaşayıb.
Düzdür, “Rid”lə oyundan sonra Branimir avrokuboklarda qollu və qolsuz oyunlar keçirib. Lakin bu, Azərbaycan klubları ilə deyil, Serbiya təmsilçisi “Srvena Zvezda”sı ilə avrokubok oyunlarında baş verib. 2008/09 mövsümündə Kipr APOEL-i ilə ilk oyunda qol vura bilməyən hücumçu 3:3 hesabı ilə başa çatan cavab görüşündə fərqlənmişdi. Lakin bu onun karyerasında “Xəzər Lənkəran”a qədərki son avrokubok matçı deyil. 2008-ci il avqustun 28-dəki matçda qol vurduqdan 2 il sonra avrokuboka qayıdan hücumçu Belqrad təmsilçisinin Slovakiya “Slovan”ı ilə matçında meydanı qolsuz tərk edib.
Qeyd edək ki, Branimir avrokuboklarda ümumilikdə 10 oyuna 5 qol vurub. “Neftçi”də 4, “Srvena Zvezda”da 3 oyun keçirən hücumçu hər komandada 1 dəfə fərqlənibsə, “Xəzər Lənkəran”da isə 3 oyuna 3 qol vurub.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar