“Mən potensial rəqiblərimizdən olan Slovakiyanın “Jilina” klubuna qarşı hələ “Bakı”da çıxış etdiyim vaxtlarda oynamışam. Onlar o vaxtda yaxşı komanda idilər, indi də”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun kapitanı Rail Məlikov deyib.
Qeyd edək ki, bu gün UEFA-da keçirilən püşkatma mərasimində «Neftçi»nin potensial rəqibi müəyyənləşib. Əgər Azərbaycan çempionu ilk oyunda 3:0 hesabıyla məğlub etdiyi Gürcüstanın «Zestafoni» komandasını keçərsə, o zaman Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Jilina" (Slovakiya) - "İrona Kiryat" (İsrail) cütünün (ilk oyun - 1:0) qalibi ilə görüşəcək.
“İnşallah, birinci mərhələni keçdikdən sonra bu barədə daha dəqiq danışmaq olar. Lakin bir şey deyə bilərəm ki, “Dinamo”(Zaqreb), “Bazel” və “Partizan” kimi güclü rəqiblərlə nisbətən indikilər zəif rəqiblərdir. Lakin biz istənilən rəqiblə mübarizə aparmağa qadirik. Hər halda püşkün nəticəsini uğurlu saymaq olar” – deyə R.Məlikov bildirib.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!