«Bu gün ilk hissədə komandamızın oyunu o qədər də alınmadı. İkinci hissədə hücuma atıldıq, bir neçə qol imkanımız oldu. Amma nə Nizami Hacıyev, nə də İlia Kandelaki bu fürsətdən yararlana bildilər».
Qol.Az-ın məlumatına görə, bu sözləri «İnter»in baş məşqçisi Kaxaber Sxadadze bu gün Yunanıstan «Asteras»ına qarşı keçirilən Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan (1:1) sonra deyib.
O qeyd edib ki, futbolçularında qol vurmaq üçün inam çatışmayıb: «Komandamız hesabda irəlidə olsa da, heç nədən qol buraxdı. Bundan sonra futbolçular elə bil ruhdan düşdü. Bu gün xüsusilə hücümda çatışmazlıqlar oldu».
Gürcüstanlı mütəxəssis deyib ki, oyunu pleymeykerin üzərində qurmamışdılar: «Əsasən cinahlardan istifadə etməyə çalışırdıq. Amma Asif Məmmədov çox passiv idi. Ona görə də bu futbolçunu əvəzlədim, onun mövqeyində Adamiyanı oynatdım. İkinci hissədə Nizami Hacıyevi meydana buraxdıqdan sonra oyunda bərabərlik yarandı».
Sxadadze hakimliklə bağlı sualı da cavablandırıb: «Hakim daha çox bizim qapımıza cərimə zərbələri təyin edirdi. O, obyektiv oyun idarə etmədi».
Növbəti görüş haqda fikirlərini bildirən Sxadadze deyib: «Məncə, bu gün taktiki səhvlərimiz olmadı. Dediyim kimi, futbolçularımızda inamsızlıq vardı ki, növbəti görüşdə bunu aradan qaldırmalıyıq».
Ruslan Əmircanovla bağlı suala isə gürcü məşqçinin cavabı belə olub: «Ruslan potensialı çox olan oyunçudur. Ancaq deyərdim ki, bizim ondan tam olaraq nə istədiyimizi hələ başa düşmür. Bəzi ötürmələrdə səhvə yol verdi. Baxmarayaq ki, qolun ötürməsini o vermişdi».
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır