"Daha əvvəlki rəqibimiz Qazaxıstanın "Jetısu" klubuna nisbətən "Xəzər Lənkəran" haqda kifayət qədər məlumat əldə etmişik. "Xəzər Lənkəran"ın Estoniyanın "Nomme Kalyu" klubu ilə hər iki oyununu məşqçimiz Yaçek Terpilovski izləyib. Məhz onun sayəsində rəqibimizi yaxşı analiz etmişik".
Qol.Az-ın məlumatına görə, bu sözləri Polşanın "Lex" klubunun baş məşqçisi Marius Rumak deyib.
M.Rumak daha sonra "Xəzər Lənkəran"ın heyətində çəkindikləri futbolçuların adlarını da açıqlayıb:
"Xəzər Lənkəran"ın 8 oyununun videoyazısı əldə etmişik. Onların heyətində yerli və səviyyəli legionerlər çıxış edir. Rəqibin heyətində əsas futbolçu və lider onların qapıçısıdır (Kamran Ağayev - red). Meydanda isə rumıniyalı futbolçu Adrian Piti qeyd edə bilərəm. "Roma"nım sabiq futbolçusu sol ayağını çox yaxşı işlədir. Ona görə də Pitə qarşı diqqətli oynamalıyıq".
Azərbaycana yolun uzaq olmasından gileylənən Rumak bu haqda belə danışıb: "Biz Bakı hava limanında enib, daha sonra maşınla Lənkərana 300 km məsafə qət etməliyik. Təbii ki, bu da çox yorucu olur. Ümid edirəm ki, Azərbaycanda yollar Qazaxıstana nisbətən daha yaxşı vəziyyətdədir".
Qeyd edək ki, Lənkəran şəhər stadionunda keçiriləcək "Xəzər Lənkəran" - "Lex" matçı sabah saat 20:00-da başlayacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar