Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaş istefa verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2008-ci ilin noyabr ayından etibarən akademiyaya rəhbərlik edən məşhur türkiyəli mütəxəssisin klubdakı fəaliyyəti sona çatıb.
Ailəvi problemlərini əsas gətirən Ə.Yavaşın istefası bu gün klub rəhbərliyi tərəfindən qəbul olunub.
Azərbaycana gələrək kollektivlə vidalaşan mütəxəssis klubun saytına açıqlamasında bunları deyib:
“Qəbələ”də keçirdiyim 4 il mənim üçün çox xoş oldu. Klubun akademiyasını qurduq, uşaq futbolunda xeyli yeniliklər etdik, müəyyən uğurlar qazandıq. Artıq akademiya ölkənin ən yaxşılarından birinə çevrilib. Təsadüfi deyil ki, aşağı yaş qrupları üzrə yığmalara ən çox futbolçu verən məhz bizim klubdur. İnanıram ki, “Qəbələ” Futbol Klubu tutduğu düzgün yola bundan sonra daha sürətlə davam edəcək və daha böyük uğurlar qazanacaq. Mən isə klubdan ayrılmaq məcburiyyətindəyəm. Mənim üçün nə qədər çətin olsa da, artıq Türkiyəyə qayıtmağın vaxtı çatdığını düşünürəm. Ailəvi problemlərim ucbatından çox sevdiyim Qəbələ və Azərbaycandan ayrılmalı oldum. İstefamı qəbul etdiyi və məni anlayışla qarşıladığı üçün klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, akademiya direktoru istefa versə də, onunla birlikdə ölkəmizə gələn məşqçilər heyəti – Halim Fıçıcı, Rəcəp Yazıcı və Uğur Kurt işlərinə davam edəcəklər.
Əli Yavaş onlara da uğurlar arzulayıb: “Mən ayrılsam da, komandam burdadır. Onlara uğurlar arzu edir və birlikdə başladığımız işi yüksək səviyyədə başa çatdıracaqlarına inanıram. Mən də mümkün qədər bu yolda klubumuza əlimdən gələn köməyi göstərməyə davam edəcəyəm. Mümkün olduğu qədər Qəbələyə gəlib-getməyə çalışacağam”.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?