“Beşiktaş”ın yeni qırmızı forması (FOTO)

“Beşiktaş”ın yeni qırmızı forması (FOTO)
GÜNDƏM 14 İyul 2012 / 02:11 3343
-  A +

“Beşiktaş” klubunun növbəti mövsümdən geyinəcəyi üç formadan biri ictimaiyyətə təqdim edilib.

Qol.Az-ın məlumatına görə, yeni formanın rəngi qırmızıdır. “Ağ-qaralar” ilk dəfə qırmızı formasında “Mançester Siti”yə qarşı iyulun 20-də keçirəcəyi yoxlama görüşündə meydana çıxacaq.

Klubun rəsmi saytında isə “Beşiktaş”ın hansı səbəbdən qırmızı rəngə üstünlük verməsinin səbəbi açıqlanıb:

“Beşiktaş” üçün qırmızı rəngin mənası ağ və qara qədər böyükdür. Qırmızı rəng bizlərə Türkiyə bayrağını xatırladır. Düşünürük ki, bu forma azarkeşlərimiz üçün də çox dəyərli hesab olunacaq”.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır