İyulun 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev püşkatma ərəfəsində Qol.Az-ın suallarını cavablandırıb
- Artıq növbəti mövsümün püşkatma mərasiminin vaxtı da bəlli oldu. Ancaq cavabı açıq qalan bir sıra məsələlər var. Hazırda klublarımız avrokuboklarda uğurla çıxış edirlər. Bu gedişat davam edərsə, onların ilk turdakı oyunları təxirə salına bilər?
- Növbəti mövsüm üçün qrafiki elə qurmuşuq ki, hər hansı problemimiz olmamalıdır. Bütün məqamları nəzərə almağa çalışmışıq. Ancaq hər hansı bir komandamız uğurlu çıxışını davam etdirərsə və bir neçə mərhələ adlayarsa, o zaman biz də onlara lazım olan dəstəyi göstərəcəyik. Bu, bizim borcumuzdur.
- Bəlkə, bütün klublarımız ikinci, üçüncü mərhələni də adladı, onda necə olacaq?
- Kimin güzəştə, dəstəyə daha çox ehtiyacı olsa, ona da güzəşt ediləcək.
- Sentyabrda ölkəmizdə qızlar arasında dünya çempionatı keçiriləcək. Eşitdiyimizə görə, bununla əlaqədar, Premyer Liqada uzunmüddətli fasilə yaranacaq. Bu məsələ sonradan qrafik sıxlığı baxımından sizə problem yaratmayacaq?
- Kim deyir ki, fasilə yaranacaq?
- Belə bir şey eşitmişik və istədik sizinlə dəqiqləşdirək.
- Səbəb nədir?
- Bütün stadionlarda oyunlar keçiriləcək və boş arena olmayacaq.
- Xeyr, istənilən halda Premyer Liqada dünya çempionatı zamanı da davam edəcək və heç bir fasilə olmayacaq.
- Çempionatın yayım məsələsi nə yerdə qaldı?
- Hələ ki, konkret bir şey yoxdur. Bu hüquq PFL-ə verilib və bizdə tender vasitəsilə bu hüququ telekanallara satmaq istəyirik. Ancaq bu günə kimi yalnız 2 telekanal - “Xəzər” TV və “İdman Azərbaycan” bizə müraciət edib. Hazırda “İdman Azərbaycan”la danışıqlar getsə də, müsbət razılıq əldə olunmayıb.
- Əgər razılıq əldə olunsa və yayım hüququ “İdman Azərbaycan”a verilsə, digər telekanalların oyunlardan çəkiliş aparması yenə qadağan ediləcək?
- Biz hüququ hansısa telekanala verəcəyik, qalan şərtləri onlar özləri müəyyən edəcək.
- Telekanallar PFL-in yayım üçün kifayət qədər böyük məbləğ tələb etdiyindən narazıdır və buna görə heç kim bu işə girişmək istəmir. Əgər heç bir telekanal sizin tələb etdiyi məbləği ödəməsə, necə olacaq?
- O zaman oyunlar PFL-in rəsmi saytı vasitəsilə yayınlanacaq.
- Premyer Liqanın sponsoru “Unibank”la müqavilə başa çatıb. Danışıqlar nə yerdədir?
- Danışıqlar davam edir və onlar özləri də bizimlə əməkdaşlıqda maraqlıdılar. Hələ ki, rəsmi razılaşma olmasa da, inanıram ki, əməkdaşlığımızı davam etdirə biləcəyik.
- Bəs, ölkə kubokuna yeni sponsor tapılmayıb ki?
- Xeyr, bu məsələdə heç bir yenilik yoxdur.
- PFL -ə yenidən prezident seçildikdən sonra keçirdiyiniz ilk mətbuat konfransında ikinci “altılıq”la bağlı da yenilik olacağını demişdiniz. Hər hansı bir yeni təklifiniz var?
- Bildiyiniz kimi, bir təklif irəli sürmüşdüm. Söhbət 7-ci pillənin sahibi ilə 4-cü pillənin sahibi arasında pley-off oyunlarının keçirilməsi idi. Ancaq sonradan dedilər ki, bu düzgün olmazdı, kiminsə haqqı tapdalanacaqdı və təklif qüvvədən düşdü. İndi yeni variantlar haqqında düşünürük. Bir şey alınmasa, 7-ci pillənin sahibinə pul mükafatı ayrılacaq. Başqa neyləyə bilərəm?
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı