“Xəzər Lənkəran” klubunun vitse-prezdenti Tuyqun Nadirov bu gün Estoniyanın “Nomme Kalyu” klubuna qarşı keçirilən təkrar oyundan dərhal sonra Qol.Az saytına müsahibə verib.
- Bu gün Avropada ilk qələbənizi qazandınız. Qarşlaşma haqda nə deyə bilərsiniz?
- Biz doğma meydandakı ilk oyunda da gözəl oynamışdıq. Sadəcə, hakimin ədalətsizliyi və bəxtsizlik qələbə qazanmağımıza mane olmuşdu. Estoniyada da “Xəzər Lənkəran” necə bir klub olduğunu sübut etdi. Belə möhtəşəm və tarixi qələbə qazanmaqla həm estonlara, həm də hər kəsə sübut etdik ki, biz güclü və mərhələ adlayacaq bir komandayıq.
- Bu qələbəyə inanırdınız?
- Rəqib Estoniyanın öndə gedən komandası hesab olunur. 17 oyundur ki, öz çempionatlarında məğlubiyyət acısı yaşamırdı. Lakin bu gün bu məğlubiyyəti onlara “Xəzər Lənkəran” yaşatmağı bacardı. Bütün azarkeşlərə öz minnətdarlığımızı bildiririk. Eyni zamanda Estoniyada sona qədər komandanı dəstəkləyən azarkeşlərə də minnətdarıq.
- İlk qolu 40-cı dəqiqədə yeni transferlərinizdən olan Ruslan Abışov vurdu. Bu amilin transferlərinizin uğurlu olmasından xəbər verdiyini söyləmək olar?
- Bir şey deyə bilərəm ki, “Xəzər Lənkəran” artıq qabaqkı kimi onlarla futbolçu almır. Bu gün baş məşqçi və komandanın məqsədi heyətə yararlı futbolçuları cəlb etməkdir. Çalışırıq ki, komandaya xeyir verəcək futbolçu alaq. İnşallah, baş məşqçinin istəyilə qarşıda hələ bir necə səviyyəli futbolçunun transferi gözlənilir. Çoxları deyir ki, “Xəzər Lənkəran” transferlərdə aktiv deyil. Biz elə bir futbolçu almağa çalışırıq ki, sonradan deməsinlər, bu nə futbolçudu transfer etmisiniz.
- Oyundan sonra komandanızda əhval-ruhiyyə necədir?
- Biz bu gün öz azarkeşlərimizin çox yüksək səviyyəli dəstəyi altında çıxış etdik. Elə bil Estoniyada yox, Lənkəranda oynayırdıq. Əlbəttə, hər kəs sevinc içində idi. Belə bir tarixi qələbəyə görə bütün heyət üzvlərinin, komandanın sevincinin həddi hüdudu yoxdur.
- Rəqibiniz Lənkəranda iki top vurmasından sonra çox iddialı danışırdı. Təkrar matçdan sonra onların durumu necədir, şoka düşməyiblər?
- Onlar bizə Lənkıranda hətta dörd qol belə vursaydılar, bunun əvəzini Estoniyada çıxacaqdıq. “Xəzər Lənkəran” hər il ya bəxtsizliyin, ya da hakimlərin qurbanı olurdu. Biz qələbələrə və mərhələlər adlamağa layiq komandayıq. Əlbəttə, rəqib futbolçular evdə məğlub olmaların sokunu yaşayırlar. Ancaq “Nomme Kalyu” “Xəzər Lənkəran”la müqayisə oluna bilməzdi. Biz burada “Xəzər Lənkəran” klubunu deyil, Azərbaycan futbolunu təmsil edirdik.
- Növbəti mərhələdə teleyayımla bağlı problemləri aradan götürməyi düşünmürsünüz? Axı yüzminlərlə azarkeşin ürəyi bu qarşılaşmada idi.
- Çalışacağıq ki, növbəti oyunu telekanalların ödtəsinə buraxmayaq və işi özümüz necə lazımdırsa, elə görək. Düzdü, malyiyə məsələsini həll etsək də, bəzi telekanalların matçı yayımlamaq vaxtına uyğun deyildi. Çünki bir çox telekanalın efrində həmin vaxtda xəbərlər proqramı yayımlanır. Ona görə də bir çoxları bu qarşılaşmanı yayımlamaqdan imtina etdilər.
- Növbəti mərhələ haqda nə deyə bilərsiniz?
- Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələni də keçək.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı