Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları start götürüb.
Qol.Az-ın məlumatına görə, təmsilçimiz "Xəzər Lənkəran" klubu bu axşam Estoniyada "Nomme Kalyu" komandası ilə qarşılaşıb.
Lənkəranda keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alındığından "Xəzər Lənkəran"ın səfərdə işi çətin olacaqdı. Yunis Hüseynovun komandası növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalı idi. Bununla belə, səfərdə qeydə alınacaq məhsuldar heç-heçə də (3:3, 4:4) Lənkəran təmsilçisini razı salacaqdı.
Lakin fasiləyə qədər Ruslan Abışovun qolu ilə hesabı açan "Xəzər Lənkəran" ikinci hissədə daha bir dəfə fərqlənməklə cütün taleyinə aydınlıq gətirib. Beləliklə, səfərdə 2:0 hesabı ilə qələbə qazanan Lənkəran təmsilçisi tarixi ərzində ilk dəfə mərhələ adlayıb. Bu, eyni zamanda "Xəzər Lənkəran"ın Avrokuboklarda qazandığı ilk qələbə olub.
Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti mərhələdə "Jetısu" (Qazaxıstan) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
10 iyul
Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunu
20:45. "Nomme Kalyu" (Estoniya) - "Xəzər Lənkəran" (AZƏRBAYCAN) (İlk oyun - 2:2) - 0:2
Qollar: Ruslan Abışov, 40 (0:1), Branimir Subaşiç, 85 (0:2)
Hakimlər: Dag Vidar Hafsas, Svein Inge Wiken, Jan Erik Engan, Trond Ivar Dovle (hamısı Norveç)
Tallin. Kadriorq stadionu
"Xəzər Lənkəran": Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Elnur Allahverdiyev, Radomir Todorov, Ruslan Abışov, Roberto Alviz, Rahid Əmirquliyev (k), Adrian Pit (Elnur Abdullayev, 90+2), Sadio Tounkara (Rendal Brenez, 84), Branimir Subaşiç (Rikardo Qomeş, 88).
"Nomme Kalyu": Vitali Teles, Ken Kallaste, Tixon Şişov, Alo Barenqrub (k), Hidetoşi Vakui (Yuri Yevdokimov, 80), Eino Puri, Konsa Oliver, Jose Rodriqez, Kristen Viikma, Yankuba Seesay, Damiano Quintieri
Bu gün "Xəzər Lənkəran"ın heyətində ilk oyunla müqayisədə yalnız bir dəyişiklik var. Rendall Brenesin yerinə ilk 11-liyə Radomir Todorov daxil edilib. Bu isə o deməkdir ki, böyük ehtimalla, Elnur Allahverdiyev və Skarlatake müdafiənin mərkəzində duet təşkil edəcək, ötən oyun komandada debüt edən Ruslan Abışov isə dayaq yarımmüdafiəçisi mövqeyinə keçəcək. Beləliklə, komandanın bu gün 4-5-1 sxemli düzülüşlə meydana çıxması ehtimal olunur.
Oyun başladı
1. Beləliklə oyunun start fiti səslənir və qara formada olan "Nomme Kalyu" oyuna mərkəzdən başlayır. "Xəzər Lənkəran" ilk oyundakı kimi tam ağ formada meydana çıxıb
3. Rəqibin futbolçu Oliver mərkəzlə ardıcıl iki "Xəzər Lənkəran"lı futbolçudan yayınıb qapıya doğru istiqamətləndi və Sadio ona qarşı qaydanı pozdu. Təxminən 30 metrdən Oliverin özünün yerinə yetirdiyi cərimə zərbəsi isə çox qeyri-dəqiq alındı.
5. Ruslan Abışovdan mərkəz sahədə topu alan Rahid fırlanaraq rəqib müdafiəçisindən yayındı, bir qədər irəlilədi və zərbə endirdi. Rəqib qapıçı topu tutmaqda çətinlik çəkmədi, lakin bu şəkildə qapıçını yoxlamaq lazımdı.
6. Sağ cinahda Sadio rəqib müdafiəçisini geridə qoyaraq cərimə meydançasına asma etdi, lakin lazım olan mövqedə heç kim olmadı.
7. Artıq oyunda ilk korner də var. Subaşiçin ayağından estonlar topu qapı xəttindən çıxara bildilər.
8. İlk oyunda iki assist müəllifi olan Pitin künc nöqtəsindən asmasını rəqib müdafiəçi və uzaqlaşdırdı.
10. Sadio sağ cinahda çox aktivdi. Cərimə meydançasına daxil olan malili Alvizin önünə topu çıxarsa da, top sonuncunun ayağına oturmadı.
11. Meydanın dərinliyindən ötürmə alan və rəqib müdafiəçi ilə çiyin-çiyinə gedərək qapıçı ilə üz-üzə qalan Subaşiç nə qədər çalışsa da istədiyi kimi zərbə vura bilmədi.
12. Bonfim Quintelli ilə sona kimi mübarizə apardı və nəticədə estonlar da oyunda ilk kornelərini yerinə yetirdilər. Kornerdən gələn top qapı xəttindən çıxarıldı. Növbəti künc asmasından sonra Kamran çıxışda yaxşı oynadı.
15. Son dəqiqələrdə oyun mərkəzdə gedir. Komandamız hücumlarını Pit və Sadio ilə cinahlardan qurur, rəqib isə əsasən Quintelliyə doğru uzun ötürmələrə güvənir.
19. Estonlar bacardıqları qədər Sadio və Piti nəzarətdə sağlamağa çalışır. Əgər ilk dəqiqələrdə Tounkara topla daha rahat davranırdısa, indi artıq o ciddi nəzarətdədir. Alviz və Rahidin hücumlarda daha çox iştirak etməsi vacibdir.
21. İlk sarı vərəqə. Rodriqez Roberto Alviz rəqibin əks-hücumunun qarşısını qayda pozuntusu sayəsində aldı.
22. Todorov irəliləyərək özü ilə müdafiəçiləri çəkib arxada boş olan Pitə topu ötürdü. Adrianın asmasını isə Subaşiç qəbul edə bilmədi.25. Rahid rəqib cərimə meydançasında mübarizədə yerdə qalır, hakim topa oyunun olduğunu göstərir.
27. Lənkəranda olduğu kimi, "Nomme Kalyu" yenə mərkəzlə əks-hücum edir. Künc bayrağının yanında Viikma Allahverdiyevlə mübarizədə topla birlikdə qapı xəttindən çıxdı. Qapıdan zərbə.
29. Mərkəz dairəsinin yaxınlığından estonların daha bir cərimə asmasından sonra top heç kimə toxunmadan meydanı tərk etdi.
30. "Xəzər Lənkəran" topu saxlamaqda davam edir, lakin rəqib qapısına oyunun əvvəlində olduğu kimi yaxınlaşa bilmir.
31. Kamrandan bir neçə metrlikdə olan Quintelli topu qəbul etsə də, Elnur vaxtında müdaxilə edib təhlükəni sovuşdurdu.
33. Ederin klassik asmasından sonra müdafiəçi Piti qabaqladı. Bu çox təhlükəli idi. "Xəzər Lənkəran" künc zərbəsi yerinə yetirir.
34. Pitin asmasından sonra "Xəzər Lənkəran"lı futbolçular əllə oyun barədə hakimə səslənsələr də, oyun davam edir.
35. Oliver böyük sürət yığaraq sağ cinahla irəlilədi və nəticədə Elnur tərəfindən saxlanıldı. Cərimə asmasından sonra Pit və müdafiəçilər ikinci mərtəbədə növbəti dəfə səhvsiz oynadılar.
37. Pitdən əla zərbə!!! Cərimə meydançasının kənarından doqquzluğa ünvanlanan topu rəqib qapıçı iki əllə çıxardı.
39. Sadionun sağdan ötürdüyü topu solda Pit qəbul etdi. Sonuncunun cərimə meydançasına iti ötürməsindən sonra yenə də əllə oyun iddiaları səsləndi, lakin hakim bu dəfə də buna reaksiya vermədi.
40. QOOOOOOOOOOOOOLLLL!!! Ruslan Abışoooov!!!
41. Nəhayət bu üstünlük qola çevrildi! Pitin mərkəz dairəsi həndəvərindən verdiyi asmanı hamıdan hündürə yüksələn Abışov tora yolladı! "Xəzər Lənkəran"öndə! Bu mövsüm Avropa Liqasının ən yaxşı assistenti isə hazırda Adrian Pitdir!
42. Sadio canlı səddə durma qaydalarını pozduğu üçün sarı vərəqə aldı. "Kalyu"nun cərimə asmasında sonra isə Kamran növbəti dəfə çıxışda əla oynadı.
44. "Xəzər Lənkəran" topu özündə qoldan əvvəl olduğu kimi saxlayır.
45. İlk hissə başa çatdı
İkinci hissə başladı
46. Pit artıq hissədə ilk asmasını etdi. Rəqib qapıçı çıxışda yaxşı oynadı.
47. Artıq Kamran ardıcıl iki dəfə topla təmasda oldu. Öncə uzaq məsafədən asma şəkildə gələn zərbəni Kamran qapının arxasına aşırdı. Ardından sağ cinahdan gələn asmadan sonra Ağayev yüksələrək topu tutdu, rəqib futbolçularından biri isə ona qarşı qaydanı pozdu.
51. Sadioya qarşı qapıdan təxminən 27 metr məsafədə qayda pozuldu. Pitin cərimə zərbəsindən qapının aşağı küncünə yolladığı topu rəqib qolkiper ikinci cəhddə tutdu.
53. Mərkəzdə Alvizdən topu alan Rahid bir qədər irəlilədi və cərimə meydançasında olan Subaşiçi gördü. Branimirin zərbəsi qapının üstündən keçdi.
54. Bonfim Quintellidən topu aldı və bir qədər irəli getdi. Ardından isə Quintelli Bonfimdən topu aldı.
55. Subaşiç qapıçı ilə üzbəüz qaldı, lakin zərbə vurmasına arxada olan müdafiəçi imkan vermədi. Nəticədə top onun özündən qapı xəttini tərk etdi.
57. Azsaylı "Nomme Kalyu" azarkeşləri bir dəqiqə də susmur.
58. "Xəzər Lənkəran" qapısı qarşısında olduqca təhlükəli epizod! Quintelli Kamranla təkbətək qaldı və arxadan Abışovun müdaxiləsindən sonra top qapıçını da keçərək sakitcə boş qapıya tərəf yollandı. Hamının avtoqol olacağını zənn etdiyi zaman top dirəyin yanından qapı meydanını tərk etdi.
60. Quintelli Sadionu yıxır və sarı vərəqə alır.
61. Tounkara "Xəzər Lənkəran"a korner qazandırdı. Pit bu dəfə topu yerlə oyuna daxil etdi, lakin milli komandamızın brend künc zərbəsindən bu dəfə uğurla istifadə etmək olmadı.
63. "Xəzər Lənkəran" çoxsaylı ötürmələrlə rəqib komandasında boşluqları yaranmasına zəmin yaradır. Top bu boşluqlara ötürüləndə isə komandanın oyunu həqiqətən göz oxşayır.
64. Todorov cinahda müdafiəçinin geridə qoydu və uzaq dirəyə doğru asma etdi. Burada isə qapıdan xeyli aralı olan Abışovun baş zərbəsi azca üstdən keçdi. Nəzərinizə çatdıraq ki, "Xəzər Lənkəran"ın iki oyunda qapıdan keçirdiyi hər üç qol başla vurulub.
66. "Nomme Kalyu"dan ardıcıl iki korner üstəgəl bir uzun aut atışı. Son epizodda Kamran zamanın zonasından çıxaraq topu tutdu.
68. Alviz meydanın mərkəzində yerdə qalıb və həkimlərin yardımını alır. Ciddi bir şey yoxdur və xorvat futbolçu hakimin işarəsindən sonra oyuna qayıtdı.
70. Yan xəttin kənarında Qomeş, Abdullayev və Brenes isinmə hərəkətləri yerinə yetirirlər.
71. Oliver cərimə asmasından sonra rəqibin kapitanı Barenqrub yıxılaraq başla zərbə vura bilsə də, top qapıdan aralı keçdi.
73. Subaşiçə qarşı sağ cinahda qayda pozuntusu. Cərimə zərbəsi, topun önündə Pit.
74. Adrianın asmasından sonra Skarlatakeni rəqib müdafiəçilər qabaqladı.
77. "Nomme Kalyu" oyunu tarazlaşdıra bilib. Lakin rəqib ilk hissədə olduğu kimi əsasən uzun ötürmələrə üstünlük verir. Odur ki, ümumi topa nəzarət yenə də "Xəzər Lənkəran"dır.
78. Sağ cinahdan Sadionun yerlə təhlükəli ötürməsi Subaşiçə çatmadı. Rəqib müdafiəçiyə toxunan topu qapıçı tutdu.
80. Meydan sahiblərindən sağ cinahdan təhlükəli cərimə asması gəldi, lakin Skarlatake başla əla oynadı. Ardından daha bir təhlükəli epizod baş tutdu və qarışıqlıqdan sonra Oliverin vurduğu top müdafiəçilərə toxunub meydanı tərk etdi. Kornerdən sonra isə Pit hərtərəfli faydalı futbolçu olduğunu bir daha nümayiş etdirdi.
81. Oyunda ilk əvəzetmə: Hidetoşi Vakuinin yerinə oyuna Yuri Yevdokimov daxil oldu.
83. Pitdən cərimə meydançasına növbəti zərbəsi, bu dəfə müdafiəçilər topu uzaqlaşdırdı.
84. "Xəzər Lənkəran"da dəyişiklik edildi: Sadio yerini Brenesə verdi.
85. QOOOOOOOOOOOOOLLLLL!!!! SUBAŞİÇ!!!!
86. Pit sol cinahda heç bir qayda pozuntusu olmadan topu rəqibdən aldı və cərimə meydançasına asma etdi. Brenes ona istiqamətlənən topu qapıya göndərmək istəsə də, rəqib ona mane oldu. Nəticədə top Subaşiçin önünə düşdü və onun üçün boş qapıya topu göndərmək problem yaratmadı.
87. "Nomme Kalyu" topu qapıdan keçirsə də, bunu ofsayddan etdi.
88. Daha bir əvəzetmə: Subaşiçin yerinə oyuna Rikardo Qomeş daxil oldu.
90. Oliverin uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapının üstündən keçdi.
90+1. Hakim oyuna 3 dəqiqə əlavə etdi.
90+2. Matçın adamı Adrian Pitin yerinə oyuna Elnur Abdullayev daxil oldu.
90+3. Son dəqiqələrdə də oyun meydanın estonlara aid hissəsindən keçir.
Oyun başa çatdı. "Xəzər Lənkəran" növbəti mərhələdə
Tramp klublararası dünya çempionatının finalında olacaq
"Kəpəz"dən növbəti transfer - Rəsmi
"Arsenal" onunla yeni müqavilə imzalamağa yaxındır
"Barselona" onu Levandovskinin əvəzi kimi istəyir
“PSJ favoritdir, amma biz qalib gələcəyik”
"Real" 20 yaşlı hücumçunu transfer etdi
"Zirə" İordaniya klubuna qalib gəldi
"İmişli"də yeni müqavilə - Rəsmi
“Mən də Haaland, Keyn və Levandovski səviyyəsindəyəm”
"Mançester Yunayted"də ciddi itki
Emreli yoxlama oyununda yenə qol vurdu
"Real" Vinisiusla aparılan danışıqları dayandırdı
"Barselona"da 4 illik müqavilə
"Karvan" braziliyalı futbolçu transfer etdi
"Kəpəz"dən Ehtiram Şahverdiyev qərarı
Pioli rəsmən "Fiorentina"da
“Qəbələ” yeni transferini açıqladı
"Bayer" ABŞ millisinin üzvünü aldı
“Turan Tovuz” “Traktor”la qarşılaşacaq - Rəsmi
"Sabah"ın rəqibində ayrılıq
Levandovskinin yeni imici - Şəkillər
Azərbaycan klublarının mövqeyi məlum oldu - Dünya reytinqi
Donnarummanı transfer etmək istəyən nəhəng klub
Lui van Qal xərçəngə qalib gəldi
DÇ-2030-un finalı bu stadionda keçiriləcək
“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer
“Komandamızın çıxışı gələcəyə ümid verdi” - Qurban Qurbanov
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi