Avropa Liqasının I təsnifat mərhələsində Lənkəranda “Xəzər Lənkəran”ın qonağı olan Estoniyanın “Nomme Kalyu” klubunun futbolçusu Ceesay Yankuba Qol.Az saytına müsahibə verib.
- Oyunla bağlı nə deyə bilərsən?
- Çətin oyun oldu. Əslində bunun belə olacağını da gözləyirdik. Çünki rəqib zəif komanda deyil. Düşünürəm ki, biz də pis mübarizə aparmadıq və əsas odur ki, məğlub olmadıq.
- 2:2-ni özünüz üçün uğurlu nəticə hesab edirsən?
- Səfərdə oynadığımız üçün sərfəli nəticə saymaq olar. Amma bu hesab ümumi nəticə üçün yetərli deyil. Prinsipcə, biz buraya qələbə dalınca gəlmişdik.
- Qələbə?
- Bəli. Məqsədimiz “Xəzər Lənkəran”ı məğlub etmək idi.
- Elə isə maraqlıdır, niyə oyunun demək olar böyük hissəsini müdafiədə keçirdiniz?
- Bu, bizim taktiki planımız idi. Yəni, bu cür görüntü yaradıb anidən sürətli əks hücumlarla rəqibi yaxalamaq. Çünki bizim müdafiədə oturduğumuzu görən rəqib daha çox qüvvə ilə irəli çıxacaqdı ki, bu zaman da arxada boşluqlar verəcəkdi. Gördüyünüz kimi, planımız baş tutdu.
- Hazırkı vəziyyətdə “Nomme Kalyu” növbəti mərhələyə daha yaxın sayılır...
- Xeyr, tam əminliklə nəsə demək düzgün olmazdı. Bu cütlükdə hələ heç nə məlum deyil və cavab qarşılaşmasında bizi daha bir gərgin 90 dəqiqə gözləyir. Odur ki, arxayınlaşmaq olmaz. Çünki “Xəzər Lənkəran” məhz arxayınçılığın qurbanı oldu.
Anar XANLAROV
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi