“Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Bu gün komandalarımız Avroliqada mübarizəyə başlayır. İlk növbədə “Bakı” haqda sual vermək istəyirəm. Bu klubdan Sloveniya təmsilçisiylə qarşılaşmada hansı nəticəni gözləyirsiniz?
- “Bakı” oyuna yüz faiz hazır deyil. Həm qapıçı, həm də hücumdakı problemlər özünü göstə bilər. Səhv etmirəmsə, onlar hazırkı rəqiblərini bir dəfə yoldaşlıq görüşündə məğlub ediblər. Lakin bilirik ki, yoxlama görüşü əsas sayılmır və belə görüşlərdə adətən, yeni futbolçular sınaqdan keçrilir. Ancaq ümumilikdə inanıram ki, “Bakı” Sloveniya “Mura”sından hazırda da güclüdür. Hətta hücumçuları olmasa belə, rahatlıqla rəqibiylə mübarizə aparacaq.
- Rəqibin səfərdə müdafiəyə qapanması komandamıza nə kimi problemlər yarada bilər?
- Taktiki düzülüş çox önəm daşıyır. Həmçinin təlim-məşq toplantısından bu komandalar bir-birlərini yaxşı tanıyır. Düşünürəm ki, Sloveniya təmsilçisi “Bakı”nı yaxşı analiz edib. Məncə, komandamız buna baxmayaraq, rəqib müdafiəsini yara biləcək.
- Bəs, “Xəzər Lənkəran”la bağlı nə deyə bilərsiniz?
- Düzdü, Estoniya millisi hazırda çox yaxşı səviyyədədir. Ancaq mən bunu onların klublarına şamil etməzdim. Çünki eston klubları avrokuboklarda ciddi uğura imza atmayıblar. Fikrimcə, “Xəzər Lənkəran”ın qələbə qazanaraq mərhələni adlayan tərəf olacaq.
- Axı, onların da hücumda problemləri var. Eyni zamanda istənilən transferləri həyata keçirə bilməyiblər.
- Hücumda problemləri olsa da, hücumameyilli futbolçuları həddindən artıq çoxdur. Bu isə pis göstərici sayılmır.
- “İnter”in səfər qarşılaşmasında hansı nəticəylə qayıdacağına ümid edirsiniz?
- Qələbə qazansalar daha yaxşı olar. Lakin reallıqda, Kaxaber Sxadadze oyunu müdafiədən quran bir məşqçidir. İnanıram ki, səfər oyununda bu amil onların qapılarının toxunulmazlığına kömək edəcək. Hətta qollu heç-heçə olsa, bu nəticə “İnter” üçün sərfəlidir. İlk qarşılaşmada cütün taleyi həll olunmasa, Bakıda həlledici görüşdə “İnter” qalib gələcək.
- Ümumiyyətlə, bu üç təmsilçimizin oyununda əksimizə bir sürpriz ola bilərmi?
- Mən çox arzu edirəm ki, qoy, belə sürprizlər bizim əleyhimizə olmasın.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video