Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Qol.Az saytına müsahibəsində bu gün Avropa Liqasında mübarizəyə başlayacaq klublarımızın şanslarını dəyərləndirib
- Avroliqada bu gün üç klubumuz mübarizə aparacaq. İlk olaraq “Bakı”- “Mura” (Sloveniya) qarşılaşması haqda fikrinizi bilmək istərdik.
- “Mura” haqda məlumatım çox azdır. Lakin hər şeyə rəğmən, “Bakı” ev oyununda ilk növbədə qapısından top buraxmamalıdır. Bu, onların başlıca məqsədi olmalıdır. Fikrimcə, “Bakı”nın bu oyunda 0:0 heç-heçə etməsi 2:1 hesablı qələbə qazanmasından daha yaxşıdır.
- Erkən qol vurmaları “Bakı”nın qələbə qazanmasında önəmli rol oynaya bilər?
- Hər məşqçinin öz taktikası var. Bu, çox vacib amillərdəndir. Bunu ancaq baş məşqçi yaxşı bilə bilər. Məşqçi tam olaraq bilir ki, bu gün komandası hansı səviyyədədir. Ona görə də bizlər yalnız proqnozlar verə bilərik. Ola bilər “Bakı” fiziki cəhətdən hazır olmasın, ilk dəqiqələrdən sürətli və aramsız hücumlara üstünlük versin. Lakin rəqib bu həmlələrin qarşısını alaraq, ikinci yarıda fiziki baxımdan axsayan komandamızı cəzalandıra bilər.
- “Bakı”nın hücum xəttindəki problem komandaya nə kimi mənfi təsir edə bilər?
- Müasir futbolda müdafiəçi və hücumçu anlayışı artıq qalmayıb. Son Avropa çempionatında qızıl mükafatı qazanan İspaniya komandasını buna nümunə göstərə bilərik. Məncə, hücumçunun olmamasından daha çox, orta və arxa xətt oyunçularının hücuma necə dəstək verməsini düşünmək lazımdır.
- Bu gün daha bir təmsilçimiz “Xəzər Lənkəran” öz meydanında Estoniyanın “Nomme Kalyu” komandasının qəbul edəcək. Bəs, cənub bölgəsini təmsil edən komandamızın şanslarını necə görürsünüz?
- Rəqiblərimiz barədə yaxşı məlumatımız yoxdur. Bircə “Neftçi”yə rəqib olab Gürcüstanın “Zestafoni”sindan başqa. Ancaq hər şeyə rəğmən “Xəzər Lənkəran”ın üstünlüyü var. Onların böyük azarkeş ordusu var. Doğma meydan amilini də unutmamalıyıq. Lakin yaddan çıxarmayaq ki, estonlar soyuqqanlı millətdirlər. Onlar Lənkəran stadionundakı səs-küyü sakit qarşılayacaqlar. “Xəzər Lənkəran”ın heyətində böyük dəyişiklik olmadığı üçün qələbə qazanmaq şansları var. Amma bütün hallarda “Xəzər Lənkəran” hələ ki, kağız üzərində favoritdir. Bu komandanın evdə qələbə qazanmaq şansı əlli faizdən yuxarıdır.
- Bəs səfərdə Estoniyanın başqa bir təmsilçisi “Trans”la oyuna çıxacaq “İnter” haqda nə düşünürsünüz?
- Mən ilk növbədə “İnter”in heyətinin qorumasını və sabit oyununu qeyd edə bilərəm. Bundan başqa, “İnter”i zəif hesab etmirəm. Sabit heyət, sabit oyun uğurlu nəticəyə bərabərdir. Səfər qarşılaşmasında “İnter” arxa zonada daha diqqətli olacaq. Lakin əsas məsələ hücumda necə oynayacağıdır. Çünki səfər qarşılaşmasında qol vurmaq mütləq hesab edilir.
- Ümumiyyətlə, bu gün hansısa klubumuzdan böyükhesablı qələbə gözləyirsiniz?
- İndi Avropada zəif komanda yoxdur. Qarşılaşdığımız klubların ölkəsində çempionat varsa, deməli, mübarizə və gərginlik də var. Mən inanmıram ki, hansısa klubumuz asanlıqla böyükhesablı qələbə qazansın.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video