Sabah Avropa Liqasının I təsnifat mərhələsində Estoniyada yerli “Trans”ın qonağı olacaq “İnter”in gürcü müdafiəçisi İlia Kandelaki Qol.Az-a müsahibə verib.
- Artıq oyuna bir gün qalıb. "İnter"i “Trans”la matça tam hazır saymaq olar?
- Məncə, olar. Neçə müddətdir təlim-məşq toplanışındayıq. Hər şey yüksək səviyyədə keçdi, yoxlama görüşlərində gücümüzü sınadıq, yeni gələn futbolçuların da komandaya uyğunlaşdığını düşünürəm.
- Rəqibi yetərincə analiz edə bilmisiniz?
- Bu işlə məşqçilər korpusu məşğul olur və yəqin ki, onlar rəqiblə bağlı zəruri bütün tədbirləri görüblər. Bizə nə tapşırılsa, çıxıb onu icra edəcəyik.
- Böyük əksəriyyət sizi cütlüyün aşkar favoriti sayır...
- Favorit sayılmaq hər zaman xoşdur. Ancaq heç kim deyə bilməz ki, qarşılaşma asan keçəcək. Unutmayaq ki, bu, Avropa Liqasıdır və burada təsadüfi rəqiblər olmur. “Trans”ı ciddiyə almasaq, “yana” bilərik.
- Bilirik ki, artıq Estoniyadasınız. İlk təəssüratın necədir, hava şəraiti, meydança?
- Hava sərindi. Meydançanın vəziyyəti də pis deyil. Bir sözlə, futbol oynamaq üçün maneə yoxdur.
- Cavab oyununa rahat çıxmaq üçün hansı hesab sizi qane edir?
- Prinsipcə, qələbə üçün meydançaya çıxacağıq. Düşünürəm ki, buradan qalib ayrılsaq, Bakıda işimiz daha asan olacaq.
- “Trans”ı keçəcəyiniz halda növbəti mərhələdə Yunanıstanın “Asteras Tripoli” klubu ilə üz-üzə gələcəksiniz. Bu rəqib haqqında maraqlanmamısan?
- Yunanıstan futbolunun səviyyəsi hamıya məlumdur. Bu mənada yunanlarla estonları müqayisə etmək mümkün deyil. Açığı bu dəqiqə bütün fikrimiz “Trans”la matça yönəlib. İlk növbədə bu rəqibi keçməliyik. Yalnız sonra Yunanıstan təmsilçisi haqqında danışmaq olar.
Anar XANLAROV
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı