Bu gün PFL (Peşəkar Futbol Liqasına) prezidenti postuna seçkilərin yekunlarına görə, növbəti 4 il ərzində yenidən bu quruma rəhbərlik edəcək Ramin Musayev jurnalistlərin çoxsaylı suallarını cavablandırıb:
- Nəyə görə, seçkilərdə Ramin Musayevə rəqib yox idi?
- Bunu mən deyə bilmərəm. Kim istəyirdi namizədliyini irəli sürə bilərdi. Ancaq sürən olmadı. Mənə də xoş olardı ki, rəqibim olardı.
- Geridə qalan 4 ildəki fəaliyyətinizdən razı qaldınız?
- Düşünürəm ki, bir çox işlər görə bildik. Ən böyük uğurumuz kimi isə əvəzedici komandalar arasında ölkə çempionatını keçirməyimizi qeyd edərdim. Bildiyiniz kimi, mənim fəaliyyətimə qədər bu yarışlar keçirilmirdi.
- Unibankla əməkdaşlığınız nə yerdə qaldı?
- Unibankla müqaviləmiz bitib. Ancaq yeni müqavilə üçün danışıqlar gedir. Çünki şəxsən mən PFL prezidenti olaraq, Unibankla əməkdaşlıqdan çox mənmunam.
- Əgər başqa banklar daha sərfəli müqavilə təklif etsələr necə?
- Yenə deyirəm, mən Unibankla əməkdaşlığın davam etməsini istəyirəm və ilk növbədə də onlarla danışıqlar aparırıq. Əgər başqa bank bizə 150 min dollar daha artıq təklif etsə belə, mən yenə Unibankla əməkdaşlığa üstünlük verərdim.
- Bu il I Divizionda çıxış edən klubların qarşısına lisenziyalaşdırma ilə bağlı konkret şərtlər qoyulacaq?
- İddialı komandalara qarşı bu, olacaq. Soruşacam və görsəm ki, filan komandanın məqsədi Premyer Liqaya yüksəlməkdi, onunla ciddi söhbətimiz olacaq. Yoxsa, mən gedim “Göyəzən”in qabağına nə şərt qoyum, deyim lisenziya almasan səni çempionatdan çıxardacam? Deyəcək ki, lap yaxşı, Allah balanı saxlasın.
- Növbəti mövsümün püşkatması nə zaman keçiriləcək?
- Ayın 10-u, maksimum 15-nə kimi bu da olacaq.
- İkinci “altılıq”la bağlı yenilik olacaq?
- Bunun üzərində də çalışırıq və istəyirik ki, oradakı mübarizə də maraqlı olsun.
- Bəs kubokun formatında dəyişiklik olacaq? Bir ara Türkiyədə olduğu kimi, qrup mərhələsinə keçid gündəmdə idi...
- Xeyr, format əvvəllki qaydada saxlanılacaq və mübarizəyə 1/16 final mərhələdən start veriləcək.
- Son açıqlamalarınızın birində çempionatın yayım hüququnu 500 min avroya satmağı düşündüyünüzü demisiniz. Bunu zarafatla demisiniz ya, ciddi?
- Tam ciddi demişəm. Məgər çoxdur?
- Axı bizim telekanalların bu vəsaiti qarşılayacaq qədər reklam gəliri yoxdur...
- Niyə ki, istənilən telekanal istəsə bu məbləği ödəyib yayım hüququna sahib çıxa bilər. Bəs biz nə vaxt gəlir götürəcəyik? Artıq bu sahədə də peşəkar fəaliyyətə keçmək lazımdır.
- Dəfələrlə demisiniz ki, bir daha kluba qayıtmaram. Maraqlıdır, PFL prezidenti seçilməsəydiniz, hansı işlə məşğul olacaqdınız.
- PFL prezidenti seçilməsəydim, gedib bizneslə məşğul olacaqdım (gülür).
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video