Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadovun Qol.Az saytına müsahibəsi
- Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək və bir vaxtlar formasını geyindiyiniz “Neftçi” klubunun şansını necə dəyərləndirərdiniz?
- “Zestafoni” haqda o qədər də bilgim olmasa da, gürcü futbolu hər zaman özündən söz etdirməyi bacarıb. Amma “Neftçi” maliyyə və heyətindəki legionerlər baxımından rəqibi xeyli üstələyir. Ona görə də, onlar bir Azərbaycan çempionu kimi, özlərini sübut edib mərhələni mütləq keçməlidirlər.
- “Neftçi”nin ilk mərhələni keçəcəyi realdır?
- Keçən illə müqayisədə klublarımıza çox asan rəqiblər düşüb. Eləcə də, ölkə çempionuna. Özünüz fikirləşin Zaqreb “Dinamo”su hara, Gürcüstan təmsilçisi “Zestafoni” hara. Onlar arasında səviyyə çox böyükdür. Mən “Zestafoni”ni güclü komanda hesab etmirəm. Əgər biz bu klubları da keçə bilməsək, biabır olarıq. Çünki hazırda futbolumuza o qədər maliyyə sərf olunur ki, bunun qarşılığı yaxşı nəticələrlə olmalıdır.
- Bəs, Avroliqa təmsilçimiz “Bakı” və onun rəqibi olan Sloveniya “Mura”sı haqda nə düşünürsünüz?
- Yoldaşlıq görüşündə təmsilçimiz onları böyükhesablı məğlubiyyətə uğratmışdı. Ancaq unutmaq lazım deyil ki, belə matçlarda istənilən nəticə qeydə alına bilər. Çünki bu, sadəcə yoldaşlıq oyunudur. Həmin oyundakı nəticə bizi aldatmamalıdır. Hər şey əsas qarşılaşmada həll olunacaq.
- “Bakı” hazırda “Mura”nı keçə biləcək gücdədir?
- Oyunun çox çətin olacağı əvvəlcədən bəllidir. Birinci növbədə rəqib üzərindəki böyükhesablı qələbə qazanmaq fikrini unutmalıyıq. Belə olsa, “Bakı” oyuna çətin motivasiya olacaq. Lakin ilk qarşılaşmanı evdə keçirməyimiz və rəqibin çox da güclü olmaması mərhələni keçə biləcəyimizdən xəbər verir.
- Daha iki Avroliqa təmsilçilərimiz – “Xəzər Lənkəran” və “İnter” son zamanlar inkişafda olan Estoniya klublarıyla mübarizə aparacaq...
- Bizim vaxtımızda Estoniya futbolu yox idi. Son 20 il ərzində eston futbolu inkişaf mərhələsindədir. İndi onların zəif olduğunu söyləmək düzgün deyil. Ancaq bu gün hər şeyə real baxmaq lazımdır. Biz öz futbolumuzun inkişaf etdiyini söyləməklə, tərifləməklə iş bitmir. Gərək, bu maliyyə yatırımlarının qarşılığını verməyi bacarasan. Bizim klublarda bu qədər yüksək maaş alan futbolçular estonları, gürcüləri və sloveniyalıları məğlub etməlidir.
- Klublarımızın rəhbərləri və futbolçuları məqsədlərinin qrup mərhələsinə düşmək olduqlarını söyləyirlər. Bəs, siz necə, bunun baş verəcəyinə inanırsınız?
- İndi onlar bu sözləri deməlidirlər. Həmin rəhbər şəxslər klublarına böyük vəsait ayırır. Lakin klublarımızın qrup mərhələsinə düşəcəyinə inanmıram. Bir mütəxəssis kimi deyə bilərəm ki, ikinci mərhələdə klublarımız üçün çox çətin olacaq.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video