Prezident olimpiyaçıları yola saldı

Prezident olimpiyaçıları yola saldı
GÜNDƏM 3 İyul 2012 / 12:17 2114
-  A +

Bu gün Heydər Əliyev Mərkəzində XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib.

Qol.Az-ın Trend-ə istinadən verdiyi məlumatı görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Prezident İlham Əliyev açıb. Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verib.

A.Rəhimov bildirib ki, Azərbaycan bayrağı iyulun 25-də Londonda qaldırılacaq, iyulun 28-də isə bir sıra ölkələrin iştirakı ilə Azərbaycan Günü keçiriləcək.

Tədbirdə, həmçinin sərbəst güləş yığmasının böyük məşqçisi Firdovsi Umudov, atletika idman növü üzrə paralimpiya yığmasının üzvü Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış ediblər. Tədbirdə olimpiadaçılar and içiblər.

Qeyd edək ki, XXX London Yay Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək.

Daha çox


Son xəbərlər
18.11.24  16:02

Lempard 2-ci divizionda