Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- Çoxdandır, görünmürsən. Nə işlə məşğulsan?
- Birinci növbədə istirahət etməklə məşğul idim. Eyni zamanda fərdi məşqlərimi davam etdirirəm.
- Belə xəbərlər yayılıb ki, karyeranı Avropada davam etdirmək istəyirsən. Niyə Azərbaycanda yox, məhz Avropada?
- Birincisi, onu deyim ki, Azərbaycanda oynamaq istəmirəm. Futbolu ataram, ancaq daha Azərbaycanda oynamaram. Çünki ölkəmizdə futbol yoxdur. Mən Rusiyada legioner həyatı yaşayıb, geri qayıtdıqdan sonra çempionatımızın gedişatını gördüm. Futbolumuz daha da geri gedir. Mənə lazım deyil ki, bəziləri kimi futbol oynamayıb, pul qazanım. Belə olsa, futbolu ataram. Şükür Allaha 29 yaşım var, bir çox futbolçuların qazanmadığı nailiyyətləri əldə etmişəm. Həm maddi, həm də uğur baxımından. Mənim üçün fərqi yoxdur, günü bu gün futbolçu karyeramı bitirərəm. İndiyədək qazandıqlarım səksən yaşıma qədər bəsimdir.
- “Qəbələ” klubundan niyə ayrıldın?
- Klub rəhbərliyi ilə danışıqdan sonra qarşılıqlı razılıqla ordan getdim. Birinci mən özüm getmək istədiyimi bildirdim.
- Bəs, bundan sonra yerli klublardan təkliflər aldın?
- Bəli, təkliflər olmuşdu. Ancaq yaxın bir adamım məni bu məsələdə aldatdı. Qabaqcadan deyim ki, bu insan menecerim deyildi. Əvvəlcə danışığımız olsa da, sonradan boyun qaçırdılar.
- Ola bilərmi ki, məhz bu amil sənə psixoloji baxımdan pis təsir edib? Və məhz buna görə Azərbaycanda oynamamaq qərarına gəldin?
- Bunun da çox böyük təsiri olduğunu söyləmək olar.
- Bəs, tez-tez klubunu dəyişməyinin səbəbi nədir?
- Əvvəla mən “Anji”də çıxış edəndə mövsümün axırına kimi oynadım. Bəziləri kimi, altı aydan sonra qayıtmadım. Mövsümün sonunda klubdan ayrılmağımın səbəbi də məlumdur. Klub heyətini bir neçə milyon dollarlıq futbolçularla gücləndirmək istəmədi. Axı orada mənim səviyyəmdə futbolçu olmayacaqdı ki, onunla mübarizə aparım. Birdə ki, əgər klubumu dəyişməsəydim, mənim hazırda heç bir şeyim olmazdı. Elə Zaur Tağızadəni numunə göstərmək olar. İlk öncə deyim ki, ona bir insan və bir futbolçu kimi çox böyük hörmətim var. Zauru o vaxtlar “Xəzər Lənkəran” almaq istəsə də, o, “Neftçi”də qalmağı üstün tutdu. Baxmayaraq ki, “Xəzər Lənkəran” ona “Neftçi”dən iki dəfə artıq pul verirdi. Amma hazırda Zaur Tağızadə “Neftçi”də yoxdur. Orada nə məşqçi, nə də menecer kimi işləyir. Yalnız komandanın avtobusu üzərində bir şəkli var. Yəni, bu gün Azərbaycan futboluna patriotluq yaraşmır. Burada futbolçudan istifadə edərək başlarını aldadırlar. Lakin bəzi futbolçular kimi avam olmamışam. Əgər mən düzgün addım atmasaydım, heç bir şeyim olmazdı, indi çöllərdə qalardım. Kim deyirsə ki, pul üçün oynamıram, yalan danışır.
- Mahir, hər halda ölkəmizdə oynamaq istəməməyinin, küskünlüyünün səbəbi nədir?
- Bizimkilərin fikri odur ki, qıraqdan legioner futbolçu gətirib pul qazansınlar. Azərbaycanlı futbolçu beş manat artıq istəyəndə isə deyillər çoxdur. Bizim futbolçular məğlub olandan sonra heç olmasa çölə çıxanda utanır. Legionerlərin isə heç vecinə də olmur. Diskotekaya gedib yeyib-içib məğlubiyyəti unudurlar.
- Bundan sonra karyeranı hansı ölkədə davam etdirəcəyin bilinir?
- Bu haqda hələ açıqlama vermək istəmirəm, vaxtı gələndə hər şeyi deyəcəm.
- Klublarımızın Avroliqada mərhələ adlamaq şanslarını necə görürsən?
- Mən onların bir neçə mərhələ keçəcəklərinə inanmıram. Lap tutaq ki, birinci mərhələni keçdilər. İkinci mərhələdə nə edəcəklər? Axı rəqiblər get-gedə güclənir. İlk mərhələdə zəif komandanı udmaqla deyil ki?
İnkişafdan danışsaq da, neçə ildi ki, bir komandamız belə qrupa düşə bilmir. Hansı inkişafdan söhbət gedə bilər? Ona görə də, ölkəmizə legioner gətirəndə səviyyəlisini gətirmək lazımdır. Gedib 100-150 minlik legioner gətirib qiymətlərini süni şəkildə qaldırırlar. Sonra da bu yazıq legioner qalır biz futbolçuların ayağının altında. Milyonluq futbolçu gətirsinlər ki, nəticə versin. Onda deyərəm ki, hə, bu başqa məsələ. Legionerlərə niyə üstünlük verirlər bilmirəm. Ancaq mən buradan gedən legionerlər içərisində görməmişəm ki, biri “çox sağ ol” desin. Hamısı gedəndə bizimkilərə söyür.
- Niyə söyürlər?
- Nə bilim, klubların rəhbərlərindən, meydançaların durumundan narazı qalırlar. Sonra deyirlər ki, burada çempionat yoxdur.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video