Ukrayna millisinin və Kiyev “Dinamo”sunun, eyni zamanda “Qarabağ”ın sabiq futbolçusu, hazırda Ukrayna Premyer Liqasında yarışan “Dnepr” klubunun şərəfini qoruyan Sergey Kravçenko Qol.Az-a müsahibə verib.
- Sergey, hazırda nə işlə məşğulsan, hansı klubun şərəfini qoruyursan, ümumiyyətlə, işlərin necə gedir?
- Hazırda Dneprepetrovskinin “Dnepr” klubunda oynayıram, hər şey qaydasındadır. Əlbəttə, nə vaxt əsas heyətdə oynayıram, o zaman hər şey lap əla olur. Ancaq oynamayanda bir az əhvalım korlanır (gülür).
- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusan?
- 2005-ci ildə, orada futbol oynadığım dövrdə. Azərbaycandan ayrılandan sonra oralara yolum düşməyib.
- Ümumiyyətlə, hazırda Azərbaycanda dostların, yaxın münasibətdə olduğun insanlar var?
- Xüsusi yaxın olan dostlarım yoxdur. Ancaq kiminləsə görüşmək, danışmaq imkanım olursa, mənmuniyyətlə bu imkandan istifadə edirəm. Təbii ki, söhbət bir vaxt mənimlə eyni komandada oynayan tanıdığım insanlardan gedir. Məndən sonra dostum Artur Leviga da Azərbaycanda forma geyindi. Səhv etmirəmsə, artıq o da oradan ayrılıb.
- Azərbaycan və şərəfini qoruduğun “Qarabağ” yaddaşında necə iz buraxıb?
- Azərbaycanla bağlı təəssüratlarım, xatirələrim çox yaxşıdır. “Qarabağ”a keçidim çox yaxşı vaxtda düşmüşdü. Ona görə də həmin günləri böyük məmnuniyyətlə xatırlayıram. Yeri gəlmişkən, Bakı da çox gözəl şəhər idi və mənim çox xoşuma gəlirdi.
- “Qarabağ”ın heyətində keçirdiyin ən yaddaqalan oyun hansını hesab edirsən?
- Açığı “Qarabağ”da elə də uzun müddət oynamadım. Çempionatı 12, kubokun 5 matçında meydançaya çıxdım. Buna görə də bütün oyunlar mənim üçün yaddaqalan oldu.
- “Qarabağ”a gələndə Azərbaycan mətbuatına verdiyin ilk müsahibələrinin birində belə bir söz işlətmişdin ki, “Mən Azərbaycana özümü sübut etmək, burada Ukrayna millisinə düşmək üçün gəlmişəm”, Həmin vaxt çoxları sənin bu fikrini ciddi qəbul etməmişdi. Ancaq sən dediklərini sübut edə bildin...
- Həqiqətən də futbolda çox şeyə nail olmaq istəyirdim və düşünürdüm ki, içimdə istək olsa, bu, alınacaq. Ukrayna millisinin formasını geyinmək hər zaman mənim arzum olub. Allaha şükürlər olsun ki, bu arzuma çatdım. Bu mənada “Qarabağ”ın mənə çox köməyi dəydi. Yeni çempionat, yeni təcrübə, bunlar futbolçu kimi artırmağımda mühüm rol oynadı. Komandanın baş məşqçisi də mənə çox inanırdı. Çox şadam, çoxlarına sübut etdim ki, əgər insanın içində inam olsa və o durmadan öz üzərində çalışsa, həyatda da, futbolda da ən yüksək hədəflərə çata bilər.
- Adətən Azərbaycana gələn legionerlər ölkəmizdən ayrılandan sonra enişə gedir. Bu mənada sən yeganə legionersən ki, Azərbaycanı tərk edəndən sonra daha yüksək səviyyəli kluba keçdin. Bundan xəbərin var?
- Bilmirdim, amma hiss edirdim (gülür). Bilirsiniz, Azərbaycandan daha güclü, daha tanınmış çempionata düşmək çox çətindir. Çünki sizin çempionat o qədər də məşhur deyil. Ancaq futbolda hər şey mümkündür. Az öncə qeyd etdiyim kimi, əsas odur ki, içincə güclü istək olmalıdır, özünə inanmalısan və öz üzərində işləməlisən.
- Hazırda Azərbaycan futbolunu, çempionatını izləyirsən, maraqlanırsan?
- Arada “Qarabağ”ın çempionatda hansı yerdə olması ilə maraqlanıram. Bundan başqa bəzi xəbərləri oxuyuram. Yeri gəlmişkən, mən “Qarabağ”dan ayrılandan sonra onlar daha yaxşı oynamağa başladılar (gülür).
- Sənin üçün Azərbaycanın ən güclü futbolçusu kimdir?
- Düzü, bu suala cavab vermək bir az çətindir. Məsələn, o dövr bizim kapitanımız olmuş Aslanın (Aslan Kərimov nəzərdə tutulur – A.X.) adını çəkərdim. Yadımdadır, o, 8 nömrəli formanı geyinirdi. Ondan başqa dostum Sergey Sokolov da pis oyunçu deyildi, mərkəzdə çox yaxşı oynayırdı.
- “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl müsahibələrinin birində demişdi ki, sən “Qarabağ”dan ayrılsan da bu günə kimi də onlarla əlaqə saxlayırsan, hal-əhval tutursan. Doğrudan belədir?
- Əgər imkanım olursa, hər zaman böyük məmnuniyyətlə əlaqə saxlayıram. “Qarabağ”dan olan insanlarla ünsiyyətdən hər zaman şad oluram.
- Ukraynalı futbolçuya Avro-2012 ilə bağlı sual verməmək mümkün deyil. Səncə, Ukrayna niyə uğursuzluğa düçar oldu?
- Ola bilsin ki, ingilislərlə oyunda bizim bəxtimiz gətirmədi. Ancaq ümid edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq. Eyni zamanda ümid edirəm ki, Azərbaycan yığması da, Azərbaycan çempionatı da həmçinin yaxın gələcəkdə böyük inkişafa nail olacaq.
Anar XANLAROV
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi