Azərbaycan və Gürcüstanın ev sahiblik etmək istədiyi futbol üzrə 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunları bir ya iki ölkədə yox, Avropa qitəsinin 12-13 müxtəlif şəhərində keçirilə bilər.
Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda UEFA prezidenti Mişel Platini Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, “Avro-2020”ylə bağlı yekun qərar gələn il qəbul ediləcək: “Biz hələ bu məsələni ciddi şəkildə müzakirə etməliyik”.
Platini azarkeşlərin bütün qitəyə nəcə səfər edəcəyi haqda suala cavabında deyib ki, UEFA bununla əlaqədar aviaşirkətlərlə danışıqlar aparacaq. “Birdə ki, Londondan Parisə və ya Berlinə getmək daha rahat və ucuzdur, nəinki Kardiffdən Qdanska və ya Donetskə səfər etmək” – deyə o bildirib.
Qeyd edək ki, Platininin bu ideyası keçərsə, o zaman Azərbaycan və Gürcüstanın "Avro-2020"ni qəbul etməsinin əhəmiyyəti azalacaq və ya ümumiyyəltə, oyunlar bu iki ölkədə yox, başqa bir neçə dövlətin ərazisində keçiriləcək.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək