“Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Əgər komanda məğlub olubsa, bunun hesabatı məndən soruşulmalıdır. İtaliya ilə oyundan dərs almaq lazımdır. Düşünmürəm ki, həmin oyunun taleyinə əvəzləmələr təsir etdi və meydançaya sonradan daxil olanlar özlərini doğrulda bilmədi. Çünki bu futbolçular komanda üçün çox şey ediblər. Bir oyunda alınmadığına görə, burada yalnışlıq axtarmaq lazım deyil”.
Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya ilə yarımfinal matçında məğlub olduqdan sonra vətənə qayıdan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Frankfurt hava limanında jurnalistlərə açıqlamasında deyib.
O, istefa haqqında düşünmədiyini deyib: “Bu haqda nəinki düşünmürəm, düşünmək belə istəmirəm”.
Almaniya Futbol İttifaqının prezidenti Volfanq Nirsbax isə dünən axşam saatlarında verdiyi açıqlamasında Lövü dəstəklədiklərini və onun vəzifəsində qalacağını bildirib. Onu da vurğulayaq ki, Lövün Almaniya millisi ilə müqaviləsi 2014-cü ilə qədərdi.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək