“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyin Seyidovun Qol.Az saytına müsahibəsi
- Çempionlar Liqasında Gürcüstanın “Zestafoni” klubunun sizə rəqib olmasını necə qarşıladın?
- Düzdür, “Zestafoni” Zaqreb “Dinamo”su və ya “ Bazel” deyil. Lakin özlərinə görə avrokuboklarda təcrübəsi olan bir komandadır. Onların sürətli və texnikalı oyuna üstünlük verdiklərini yaxşı bilirik. Bundan sonrakı işin çox hissəsi məşqçilərin üzərinə düşür. Çünki ilk növbədə rəqibi daha yaxşı analiz etməyimiz lazımdır. Yəqin ki, bütün bu araşdırmalardan sonra məşqçilər tərəfindən tapşırıqlar alacağıq. Belə götürəndə, “Zestafoni”ni münasib rəqib saymaq olar.
- Lakin çoxları hesab edir ki, gürcü komandası “Neftçi”nin tam “dişinə” görədir və sizi artıq növbəti mərhələdə saymaq olar...
- Ümumiyyətlə, Çempionlar Liqasında “zəif rəqib” anlayışı düzgün deyil. Bu fikirlə razılaşmıram. Ola bilsin ki, “Zestafoni”nin nümayəndələri və futbolçuları da bizə zəif gözüylə baxsın. Keçən il uğursuz çıxış etməyimizə baxmayaraq, bu il əlimizdən gələni etməliyik. Arxayınlaşmaq olmaz. İnşallah, ciddi hazırlaşıb növbəti mərhələyə keçərik.
- Rəqib komandanın futbolçuları belə fikir səsləndirir ki, “Neftçi”nin bizi zəif hesab etməsi onlara baha başa gələcək”. Doğurdanmı komanda yoldaşların rəqibi zəif hesab edir?
- Onlar da özlərinə görə futbolçudu. Əgər mənim komandam haqqında “zəif” kəlməsi işlədilsə, mən də həmin sözü deyənin cavabını verərəm. Məncə, “Neftçi” futbolçuları rəqib haqqında belə fikir səsləndirməyib. Şəxsən mən, “Zestafoni”ni zəif hesab etmirəm.
- Rəqibinizin məlum olandan sonra rəhbərlik bunu necə qarşıladı?
- Açığı həmin vaxt mən komandayla birlikdə deyildim. Püşkün nəticəsi bəlli olanda İstanbuldan Bakıya uçurdum. Rəqibin kimliyini təyyarədən düşəndə bildim. Həmin zaman 2-3 futbolçu da mənim yanımdaydı. Onlardan biri də Araz Abdullayev idi. Açığını desəm, püşkün nəticəsini pis qarşılamadıq. Əksinə, çox sevindik. Çünki potensial rəqiblər içərisində “Bazel”, “Dinamo” kimi güclü komandalar var idi. İnşallah, bu sevinci qələbəylə doğrultmalıyıq. Belə deyək, şansımız öz əlimizdədir.
- “Neftçi”ni daha çox futbolçu tərk etdi. Sanki komandanı gücləndirmək prosesi zəif gedir...
- Zəif deyəndə, artıq dörd futbolçuyla müqavilə bağlanılıb. Bu işlə məşğul olanlar var. Bir neçə gündən sonra Avstriya toplanışına yollanacağıq. Çox güman ki, orada da bir neçə futbolçu düşərgəyə dəvət olunacaq. Düzdür, bu işlərlə biz məşğul olmuruq. Lakin bir futbolçu kimi hesab edirəm ki, əgər az transfer edilibsə, deməli, üstünlük gənclərə verilib. Ola bilsin məhz buna görə iş bir az yavaş getsin. O ki, qaldı transfer məsələsinə, lazım olan bir neçə futbolçular artıq alınıb.
- Bəs yeni transferlər barədə nə deyə bilərsən?
- Brazilyalı Bruno Bertuççi komandaya yeni qoşulmasına baxmayaraq, onunla əla münasibət qura bildik. Peşəkar futbolçu kimi ən xoş sözlərə layiqdi. Əgər yeni futbolçular “Neftçi”yə transfer ediliblərsə, deməli, səviyyəli futbolçulardı. İnanıram ki, tez bir zamanda yenilər də kollektivə öyrəşəcəklərlər və bu mötəbər turnirdə “Neftçi”üçün çox faydalı olacaqlar.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı