“Stadionda işlər plan üzrə gedir, hər şey qaydasındadır. Artıq 30 min kreslo quraşdırılıb, tablonun üstü bağlanıb, bu gündən qaçış cığırının da döşənməsinə başlanılıb. Əlavə 2000 kreslo da press lojada quraşdırılacaq”.
Bu sözləri Qol.Az-a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
İsmayılov istənilən halda, klublarımızın avrokubokların ilkin mərhələsində Respublika stadionunun imkanlarından yararlana bilməyəcəyini deyib: “Bilirsiniz, azarkeşlərin gəlib kreslolarda əyləşməsində heç bir problem yoxdur. Bəs, onlar harada futbola baxacaqlar? Futbol oynamaq üçün qazon tam hazır olmalıdır. Hava şəraiti də nəzərə alınmalıdır. Hazırda +30 dərəcə hərarət var. Tələsmək də olmaz. Bu qədər zəhmət, əziyyət çəkilib, 1 aylıq səbirsizliyə görə çəkilən zəhməti yerə vurmaq da düzgün deyil. Söhbət təkcə otun döşənməsindən yox, onun altında gedən proseslərdən gedir. Bundan başqa, qaçış çığırı da tam hazır olmalıdır. Bütün bu işlər 1 aya, 1 ay 20 günə tam yekunlaşacaq. Düşünürəm ki, əgər klublarımız avqust ayının 8-10-ə qədər avrokuboklarda mübarizələrini davam etdirsələr, o zaman Respublika stadionunun xidmətindən istifadə edə biləcəklər. Mənim də arzum idi ki, avrokubok oyunları bizim arenada keçirilisn. Ancaq bu, məndən asılı deyil”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı təmir işləri ilə əlaqədar Avroliqada Azərbaycanı təmsil edən Bakının üç klubu - "Neftçi", "İnter" və "Bakı" ilkin mərhələdə oyunlarını Mərdəkandakı "Dalğa Arena"da keçirəcək.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord