AZAL klubunun baş mıəşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Baxışa çağırdığınız xeyli futbolçudan bəyəndiyiniz hansılar oldu?
- Ukraynalı Ruslan Zubkovu bəyəndim və onunla müqavilə imzaladıq. Digərlərinin baxışı isə hələ davam edir. Çünki hələ də, baxışa gəlib-gedən futbolçular var. AZAL-a Gürcüstan, Xorvatiya, Serbiya, Estoniyadan baxışa futbolçular gəlməkdədir. İyulun 2-də Türkiyəyə yola düşərək, təlim-məşq toplanışının ikinci mərhələsinə start verəcəyik.
- Murad Ağakişeyivin məsələsi nə yerdə qaldı?
- Murad və digər bir neçə futbolçu barədə qərarımızı sonra açıqlayacağıq. Konkret olaraq Murad Ağakişiyevə gəldikdə, əgər, AZAL-a lazım olacaqsa, əlaqə saxlayaraq, komandaya dəvət edəcəyik. Onunla əlaqə saxlanılmayıbsa, deməli, bu futbolçuya ehtiyac yoxdur.
- Saşa Yunisoğlu AZAL-a keçə biləcəyini istisna etməyib. Siz onu komandanızda görməkdə maraqlısınız?
- Saşa maraq dairəmizdədir. Yaxşı tanıdığım futbolçudur. Lakin onunla bağlı konkret qərar verilməyib. Bu məsələ təlim-məşq toplantısından sonra bəlli olacaq. Əgər, onun yerinə hər hansı bir futbolçu tapa bilsək, Saşa Yunisoğlu bizə lazım olmaya bilər.
- Rusiyalı Nikita Kolyayev haqda nə qərar verəcəksiniz?
- Bu futbolçu da digərləri kimi təlim-məşq toplantısında iştirak edir. Onun barəsində bu yaxınlarda keçirəcəyimiz ikitərəfli oyundan sonra veriləcək.
- AZAL-ın hazırkı maliyə məsələsi nə yerdədir? Keçənilkinə baxanda artım olubmu?
- Maliyyə məsələsi necə vardı, elə də qalır. Yəni, eyni vəziyyətlə davam etdiriləcək. Lakin hazırlıq başqa cür olmaqla yanaşı, işdə peşəkarlıq artacaq. Biz istəyirik ki, yaxşı və yeni bir komanda yaradaq.
- PFL-in təşkil etdiyi “altılıq” sistemindən razısınızmı? Yoxsa, bir dəyişikliyə ehtiyac olduğunu düşünürsünüz?
- Hələ çoxdan vahid bir sistem əldə edilməliydi. Gündə bir sistem dəyişməyin nə mənası var?! Bəli, məni qane edir. Bu sistem heç də ikinci “altılığ”ın oyunlarını maraqsız etmir. Mən hesab edirəm ki, bu mövsüm xeyli maraqlı və gərgin qarşılaşmaların şahidi olduq. Hər bir klubun öz imici və marağı olur. Hər klub da onu qorumaq naminə meydana qələbə üçün çıxmalıdır.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı