“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Qol.Az-a müsahibəsində bu gün axşam Avro-2012 çərçivəsində keçiriləcək Danimarka-Portuqaliya və Hollandiya-Almaniya oyunlarını dəyərləndirib
- Başlayaq Danimarka-Portuqaliya oyunundan. Sizcə, danimarkalılar ilk turdakı sürprizin davamını gətirə biləcək?
- Bu oyunda Danimarkanın sürpriz komanda olub olmadığı bilinəcək. Çünki sürpriz bir dəfə olur, iki dəfə ard-arda sürpriz olmur. Burada iki məqam var. Danimarka özünü sübut etməyə çalışacaq ki, Hollandiya üzərindəki qələbə təsadüfi deyil. Poruqaliya isə, nəyin bahasına olursa olsun, 3 xal götürməlidir. Çünki növbəti xal itkisi onları Avropa çempionatından kənar qoya bilər. Belə baxanda Danimarka üçün 1 xal da pis nəticə sayılmayacaq. Bu mənada portuqallar qarşılaşmaya psixoloji cəhətdən daha gərgin çıxacaq.
- Bəs, Hollandiya-Almaniya oyunundan nə gözləyirsiniz?
- Məlum məsələdir ki, ilk oyunda məğlub olduğundan Hollandiyaya mütləq qələbə lazımdır. Amma, çətin olacaq. Çünki Almaniya yaxşı təşkilatlanmış, nizam-intizamlı komandadır.
- Konkret proqnoz verə bilərsiniz?
- Düşünürəm ki, Hollandiya-Almaniya matçı heç-heçə başa çatacaq, Portuqaliya isə Danimarkanı məğlub edəcək.
- Ümumiyyətlə, çempionatdakı favoritiniz kimdir?
- Favoritim Almaniya, İspaniya və Hollandiya. Rusiya isə sürpriz edə bilər.
- Yeri gəlmişkən, Rusiyanın heyətində yer alan Alan Dzaqoevi turnirin kəşfi saymaq olar?
- Dzaqoev yaxşı futbolçudur. Deməzdim ki, ən parlaq oyunçusudur. Bəlkə də ondan da parlaq futbolçular var. Sadəcə, onlar özlərini tam aça bilmirlər, amma, Zaqoev hər oyunda qol vurmaqla ön plana çıxmağı bacarır. Xatirinizdədirsə, 1994-cü il dünya çempionatında Rusiya millisinin futbolçusu İvan Saenko 5 qolla çempionatın bombardiri oldu. Halbuki, Rusiya millisi qrupda qalmışdı. İndi də Zaqoev bomardirlik bacarığı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı