Bu gün Avro-2012-nin ilk turu çərçivəsində Portuqaliya ilə qarşılaşacaq Almaniya millisinin hücumçusu Tomas Müller matçın oynanılacağı Lvovda jurnalistlərin suallarını cavablandırıb:
- "Avro-2012"də qarşınıza qoyulan məqsəd nədir?
- Ölüm qrupundan çıxacaq qədər gücümüz və bacarığımız var. Ümumi qələbəyə də çox inanırıq, özümüzə güvənirik. Ancaq öncədən qəti şəkildə deyə bilmərik ki, biz bu turniri mütləq qazanacağıq. Bu, bir qədər lovğalıq olar.
- Yığmada “Bavariya”lı futbolçular üstünlük təşkil edir. Bunu nə ilə izah edərdin?
- Burda pis nə var ki? Biz bir-birimizi çox yaxşı başa düşürük. Ancaq mən bütün futbolçuların bir klubda cəmləşməsini heç də həlledici amil hesab etmirəm.
- Məsələnin digər tərəfi də var ki, bu da psixoloji faktordu. Çempionlar Liqasının final oyununda qol vurdunuz, sonra əvəzləndiniz və “Bavariya” uduzdu...
- İki həftə ərzində iki finalda uduzmaq çox ağırdı. Üstəlik, həmin oyunlardan biri sizin üçün mövsümün əsas matçı ola. Ancaq indi “Çelsi” məğlubiyyətini unutmuşuq. Biz onu keçmişdə qoyduq.
- Lvovla bağlı təəssüratlarınız necədir?
- Yaxşı şəhərdi. Hava da yaxşıdır. Ümid edirəm ki, Portuqaliya ilə oyunda da hər şey bizim üçün yaxşı olacaq.
- Avropa çempionatını keçirmək hüququnun Ukrayna ilə Polşaya verilməsinə münasibətiniz necədir?
- Mən artıq Ukraynada, Kiyevdə olmuşam. Səhv etmirəmsə, yoldaşlıq oyunu üçün gəlmişdik. Polşaya isə hələ orta məktəbdə oxuyarkən, 15-16 yaşımdan “Bavariya”nın uşaq komandası ilə gedib gəlməyə başlamışam. Bir sözlə, hər iki ölkə mənə tanışdır və bu ölkələrdə heç bir neqativ halla rastlaşmamışam.
- Kim dünyanın ən güclü futbolçusudur, Ronaldo yoxsa, Messi?
- Təxribarçı sualdı. İspaniyada və bütün dünyada bunun mübahisəsi gedir. Seçimi özünüz edin.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr