Hollandiya futbolunun canlı əfsanəsi Edvin Van der Sar "Avro-2012" haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, "Goal.com"a danışan 41 yaşlı qapıçı Hollandiyanın millisinin İspaniyadan qisas alacağını bildirib:
"Təbii ki, Avropa çempionatının əsas favoriti İspaniyadır. Onlar çox güclü heyətə malikdirlər. Almaniya millisi də çox çətin rəqibdir. Hollandiya yığması isə son illər yüksəlişdədir. İnanıram ki, "Avro-2012"də İspaniyadan dünya çempionatının finalındakı məğlubiyyətin qisasını alacağıq.
Təəssüf ki, bu dəfə də çox çətin qrupa düşmüşük. Ötən turnirdə əla oyunla qrup mərhələsini ilk pillədə başa vurmuşduq. Ümid edirəm ki, bu dəfə də belə olacaq".
Qeyd edək ki, 1994-2008-ci illər ərzində Hollandiya millisinin şərəfini qoruyan Van der Sar bu komandanın heyətində 130 oyun keçirib.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var