"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "Canal+"a açıqlamasında Xavi "Real" (Madrid) klubunu rəqibinə hörmət etməməkdə günahlandırıb:
"Çempion olduqları üçün "Real"ın futbolçularını təbrik etdik. Bu, belə də olmalıdır. Ancaq çox təəssüf ki, "Real" komandasından bu davranışı görmürük. Onlar rəqibinə hörmət etməyi bacarmır".
Daha sonra sabiq baş məşqçi Pep Qvardiolanın "Barselona"dan ayrılmasına münasibət bildirən Xavi bu haqda belə danışıb: "Qvardiolanın komandadan gedişi məni çox təəccübləndirdi. Ancaq onun hansı səbəbdən "Barsa"dan getdiyini anladıq. Titonun da komandaya təyinatı bizim üçün sürpriz oldu. Növbəti mövsümlərdə də meydana yalnız qələbə üçün çxacağıq".
Qeyd edək ki, geridə qalan mövsüm Çempionlar Liqası və La Liqada rəqiblərinə uduzan "Barselona" yalnız İspaniya "kral kuboku"na sahib çıxmışdı.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr