“Qəbələ” futbol akademiyasının direktoru Ali Yavaşın müsahibəsi
- “I Qəbələ Kuboku-2012” adlı beynəlxalq turnir keçirmək ideyası haradan yarandı?
- Bu sualın cavabı çox sadədir. Oyunçularımızın futbol biliklərini, futbol mədəniyyətlərini inkişaf etdirmələri üçün bir yarış keçirmək lazım idi. Çox gözəl yarış oldu. Belə güclü rəqiblərlə başabaş oynamaları və ümumiyyətlə, oyun keçirmələrinin özü bizim üçün çox önəmli dərsin bir hissəsidir.
- Turniri 15 yaşlılar arasında təşkil etməyinizdən belə anlamaq olarmı ki, bütün ümidlərinizi məhz hazırda bu yaş qrupunda olan komandaya bağlamısınız?
- Xeyr, ümidlərimiz təkcə U-15 komandasına bağlanmayıb. “Qəbələ” nəzdində 7 komanda fəaliyyət göstərir. Onların hamısına ümidlərimiz böyükdür. Bu, bir kollektivin işidir. Bizim işimiz futbolçu yetişdirmək və əsas komandaya verməkdir. U-15 isə bu komandalardan biridir. “Qəbələ” nəzdində U-16, U-17, U-14, U-12, U-11, hətta daha aşağı yaş komandamız mövcuddur. Onlara çox önəmli təhsil veririk. 3 illik qısa müddət ərzində çox önəmli irəliləyişə nail olmuşuq. Gözəl akademiya, baza qurmuşuq. Həmçinin, belə gözəl turnir təşkil etdik. Bütün bunlar Azərbaycan futbolu adına da çox önəmli qürur, şərəfdir.
- Turnirdə “Qəbələ” 8 komanda arasında 6-cı yeri tutdu. Sizcə, bu nəticə qanunauyğundur?
- Bizim üçün tutduğumuz yer önəmli deyil. Hədəfimizdə birinci olmaq yoxdur. Burada birinci də ola bilərdik, sonuncu da. Yenmişik, yenilmişik, 6-cı olmuşuq. Təbii ki, çempion olmaq önəmlidir. Bu, təhsilimizin bir nəticəsi, komandamızın sevinməsi baxımından gözəl bir şeydir. Amma əsas işimiz yaxşı oynamaq, yaxşı futbolçular hazırlamaqdır.
- Hər halda keçmiş komandanız “Qalatasaray” birinci yer uğrunda mübarizə aparacaq...
- “Qalatasaray” yaxşı komandadır. Amma finaldakı rəqibi Serbiya yığması da onunla bərabər səviyyədədir. Təbii ki, “Qəbələ”dən sonra “Qalatasaray”ın çempion olmasını mən də istərəm. Ürəkdən arzu edərdik ki, “Qəbələ” birinci olsun, uşaqlarımız sevinsin. Amma əsas məsələ sərgilənən oyun və toplanan təcrübədir.
- Bu yarışı izləməyə klubların əsas komandalarının baş məşqçilərini dəvət etmişdiniz? Xüsusən, vaxtilə birgə çalışdığınız Fatih Terimi...
- Terimi dəvət etmədim. Etsəydim, gələrdi. Sadəcə, hazırda “Qalatasaray” çox önəmli transfer fəaliyyətindədir. Terim hazırda klubdan ayrıla, hətta evinə belə gedə bilmir. Amma ən əlverişli, ən qısa zamanda bura gələcək və “Qəbələ” klubunu ziyarət edəcək. Zamanı bəlli deyil. Yeni mövsümün startınadək də gələ bilər, daha erkən də. Amma mütləq gələcək. Çünki bunu özü istəyir.
- Səfərdə məqsəd nədən ibarət olacaq?
- Sadəcə, “Qəbələ” futbol akademiyasını ziyarət edəcək.
- Akademiyanızda təhsil alan futbolçularla xarici klublardan maraqlanan var?
- 5-6 oyunçumuzu istəyirlər. Hamısı xarici klublardır. Öz akademiyalarına cəlb etmək istəyirlər. “Oyunçularınızı bizə verin, bizdə qalsınlar, bizdə davam etsinlər” deyirlər. Onlara verəcəyimiz cavab da məlumdur. Futbolçularımızı özümüz yetişdirəcəyik və onlardan özümüz yararlanacağıq.
- 2011-2012-ci il mövsümündə əsas komandanız Unibank Premyer Liqasında mükafatçılar sırasına düşə bilmədi. Sizcə, akademiyanızın futbolçuları ilə yaxın illərdə Premyer Liqanın qalibi olmaq mümkündürmü, yoxsa onlarla birgə legionerlər də oynamalıdırlar?
- İspaniya “Barselona”sının hazırkı heyətindən 8 oyunçu klubun akademiyasından yetişib. “Barsa”da bu, mümkündürsə, niyə də “Qəbələ”də olmasın? Əslində bizim hədəfimiz də budur: Gənc futbolçularımızı əsas komandaya qazandırmaq. Premyer Liqanın son turunda akademiyamızın yetirməsi Amil Yunanov “Neftçi”yə qol da vurdu. Bu mövsüm baş məşqçimiz Fatih Kavlak akademiyamızın 6 yetirməsini əsas komandaya cəlb edib. Çalışsınlar, mübarizə aparsınlar və o formanı haqq etsinlər. Kavlakın da onlara önəmli dərəcədə şans verəcəyinə inanıram. Çünki o, gənclərə önəm verən çox yaxşı baş məşqçidir. Kavlakın fəaliyyəti sayəsində “Qəbələ” Premyer Liqada ilk “6-lığ”a vəsiqə qazandı və “pley-off”da ən çox xal toplayan komanda oldu. Onun türk olması da bizim akademiya prizmasından önəmlidir. Eyni dildə danışır, eyni mentalitetə malikik. Növbəti mövsümdə Kavlakın daha da uğurlu olacağına inanıram.
Mənbə: lent.az
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu