“Bakı” klubunun baş məşqçisi vəzifəsinə təyin olunan Novruz Əzimov Qol.Az saytına müsahibə verib
- Klub prezidentinin baş məşqçi vəzifəsini sizə həvalə edəcəyini gözləyirdiniz?
- Əlbəttə, buna çox ümid edirdim. Həmçinin, mənə bu edimatı göstərdikləri üçün onlara öz təşəkkürümü bildirirəm. Belə bir böyük klubda işimi davam etdirməyimə görə çox şadam. Ancaq unutmaq lazım deyil ki, mənə göstərilən bu etimad həm də böyük bir məsuliyyətdir. Çalışacağam ki, komandanın uğuru üçün əlimdən gələni edəm.
- Necə düşünürsünüz, ölkə kubokunu qazanmağınız vəzifənizdə qalmağınıza çox təsir etdi?
- Sözsüz ki, bunun əhəmiyyəti çox oldu. Kuboku qazana bilməsəydim, vəzifəmdə qalmağım çətin olardı.
- Avroliqaya hazırlıq planlarınız barədə məlumat verə bilərsiniz?
- Artıq planlarımız hazırdı. Bircə qalıb bunun rəhbərlik tərəfindən təsdiqlənməsi. İyunun 5-dən komanda bir yerə toplaşaraq ayın 10-na qədər Bakıda təlim-məşqlər keçəcək. İyunun 16-18-dək Qəbələdə, 18-dən 29-na kimi isə Sloveniyada hazırlıq prosesində olacağıq. Bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub.
- Rəqiblər hansı səviyyədə olacaq?
- Çalışacağıq, elə komandalar olsun ki, bu klublarla qarşılaşmada çatışmayan cəhətlərimizi aşkara çıxaraq.
- Heyəti gücləndirmək üçün yeni transferlərlə bağlı işlər necə gedir?
- Ümumiyyətlə, komandanı komplektləşdirmək və futbolçuları bir-birinə uyğunlaşdırmaq ən çətin işdir. Futbolçuların alınmasına rəhbərlik qərar verir. Mənim artıq bəyəndiyim bir neçə futbolçu var. Hətta bizə təqdim edilən 10 qapıçıdan ikisini çox bəyənmişdim. Lakin bu iki qapıçıdan sonda birini bəyəndim. Eləcə də, bəzi mövqelərə futbolçular var ki, seçim etmişəm. Lakin bütün bunlara yalnız rəhbərliyin təsdiqindən sonra aydınlıq gələcək.
- Seçdiyiniz qapıçı əcnəbidir, yoxsa yerli?
- Avroliqada uğurlu çıxış etmək üçün daha səviyyəli qapıçıya ehtiyac var. Aqil Məmmədovu da yaxşı qapçı hesab edirəm. Komandanın uğur qazanmasında da onun çox böyük rolu olub. Lakin onun beynəlxalq təcrübəsinin olmaması səbəbindən aha təcrübəli əcnəbi qapıçını heyətə cəlb etmək qərarına gəldik.
- Belə xəbərlər yayılıb ki, Boliviya millisinin üzvü Edemir Rodriqesi də cəlb etməyə çalışırsınız. Bu doğrudur?
- Bəli, düzgün məlumatdır.
- Sirr deyilsə, axsayan mövqelərinizi doldurmaq üçün hansı ölkənin təmsil edən futbolçulara üstünlük verəcəksiniz?
- İstərdim ki, heyətimizə qatacağımız futbolçular Avroliqa və Çempionlar Liqasında çıxış etmiş oyunçular olsun. İstedalı futbolçular hər yanda var. Ancaq Cənubi Amerikada çıxış edən futbolçuların uyğunlaşma prosesi bəlkə də daha tez olur. Düzdü, futbolçunun hansı mühitdə yaşaması əsas götürülmür. Adaptasiya olmasında əsas məsələ onun xarakteridir. Həmçinin yeni transfer olmuş futbolçunun komandasındakı ab-hava da böyük əhəmiyyət kəsb edir. Bu məsələdə isə “Bakı”da durum əla səviyyədədir.
- Avrokuboklarda hansı ölkəni təmsil edən klubla düşmək istəməzdiniz?
- Uğurlu çıxış edəcəyimizə böyük inamım var . Əgər özümdə buna inam olmasa, futbolçuları da inandıra bilmərəm. Komandanın bugünkü heyətini və güclənəcəyini də nəzərə alsaq, bunu həyata keçirmək olar. Hansı ölkə təmsilçisiylə düşməyimizə gəlincə, birinci növbədə biz özümüz hazır olmalıyıq. Rəqibin kimliyindən asılı olayaraq. “Bakı” fiziki və psixoloji cəhətdən hazır olmasa, heç vaxt uğur qazana bilməz. Yəni, uğura aparan yol hər bir komandanın yüksək səviyyəli hazırlıq prosesindən keçir.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı