“Sumqayıt” klubunun veteran futbolçusu Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- “Sumqayıt”la müqavilənin müddəti başa çatıb. Klub rəhbərliyi yenidən səninlə əməkdaşlıqda maraqlıdır?
- Yəqin ki, daha bu klubda qalmayacağam. Çünki müqavilə bitəndən sonra hələ bir xəbər çıxmayıb. Görək, nə olur.
- Şifahi də olsa, sənə bir söz deməyiblər?
- Hələ heç bir təklif almamışam. Belə götürəndə, çempionatımız yenicə başa çatıb. Yəni, irəlidə hər şeyi götür-qoy etmək üçün kifayət qədər vaxt var.
- Bəs, başqa klublardan necə təkliflər var?
- Xeyr, heç kəs heç bir təklif göndərməyib.
- Belə götürəndə futbolçu karyerası üçün yaşın çoxdur. Karyeranı bitirmək haqda hələ düşünmürsən?
- Vallah, hələ dəqiq bir söz deməkdə çətinlik çəkirəm. Qabaqcadan nəsə söyləmək düzgün olmaz. Hər şey Allahın əlindədir.
- Deməli, hələ bu barədə fikirləşmirsən?
- Ola-bilsin, bu il karyeramı başa vurdum.
- Sənin yaşındakı futbolçulara karyerasını bitirmək barədə sual verəndə, inciyirlər. Bəs, sən buna necə reaksiya verirsən?
- Burada inciməli bir şey görmürəm. Pis çıxmasın, mən oynadığımı-oynamışam. Futbola 1990-cı ildən başlamışam. Hardasa 22 ildir ki, futbol meydanlarında top qovuram. Bunu mən də yaxşı bilirəm ki, nə vaxtsa futbolçu karyeramın sonu gələcək. Bundan qaçmaq qeyri-mümkündür. Sadəcə, hər şeyin zamanı var. Yeri gələndə, bu yaşda oynamaq hər adama qismət olmur.
- Məşqçilik barədə hələ düşünmürsən? Sənin həmyaşıdlarının çoxusu artıq bu işin qulpundan yapışıblar...
- Artiq B kateqoriyasına yazılmışam. Hardasa dəqiq cavablar 2-3 gün ərzində bəlli olacaq. Yəqin ki, bu imtahandan keçərəm. İstəyirəm özümü məşqçilik karyerasında da sınayım. Ancaq deyə bilmərəm, bu, məndə necə alınacaq.
- Belə çıxır ki, yaxın zamanlarda biz səni məşqçilik vəzifəsində də görə bilərik?
- Əlbəttə, çox istəyirəm ki, özümü bu yöndə sınayım və təcrübəmi məşqçi kimi gələcək nəsilə ötürüm. Azərbaycan futboluna bir məşqçi kimi də xeyrimin dəyməsini istəyirəm.
- Millimizin Yaponiyayla yoxlama oyunu haqda fikirlərin necədir?
- Bu oyun haqda barədə yaxşı bir şey demək çətindir. Hər kəs gördü ki, yığmamız Yaponya millisindən hər cəhətdən çox zəif idi. Bəlkə də, yol yorğunluğu, çempionatın yenicə bitməsi bunda az rol oynamadı. Ancaq bunu real qəbul etmək lazımdır ki, onların ustalıq səviyyəsi bizdən çox yüksəkdir. Belə götürəndə millimizin futbolçuları pərakəndə oynayırdılar. Futbolçularımız sanki özlərini meydanda tapa bilmirdilər.
- Bəs, Andora seçməsiylə qarşılaşma barədə nə düşünürsən?
- Fikrimcə, Andora üzərində qələbə qazanmağın yolunu tapmalıyıq. Andorada zəif komanda hesab edilmir. Düzdü, qələbə qazana biləcəyimizi deyirik. Lakin bunu gərək futbolçularımız meydanda isbatlasın. Demək asan olsa da, həyata keçirmək çətindir. Hər şeyə rəğmən yığmamızdan böyükhesablı qələbə gözləyirəm.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı