Türkiyə millisinin düşərgəsində qalmaqal

Türkiyə millisinin düşərgəsində qalmaqal
GÜNDƏM 28 May 2012 / 10:22 3607
-  A +

Avstriyada təlim-məşq toplanışında olan Türkiyə millisinin düşərgəsində xoşagəlməz hadisə baş verib.

Qol.Az-ın məlumatına görə, dünən istirahət edən futbolçular şəhər gəzintisinə çıxarkən qapıçı Volkan Dəmirəllə türkiyəli fotoreportyorlardan biri arasında qalmaqal yaşanıb. Buna Volkanın şəklini çəkməyə izacə verməməsi səbəb olub. Amma fotoqraf öz işini görmək istədiyini deyib. Bu zaman Volkan peşə fəaliyyətini yerinə yetirən fotoqrafın üzərinə hücuma cəhd edib. Lakin komanda yoldaşları insidentin qarşısına alıblar.

Hadisəyə münasibət bildirən V.Dəmirəl fotoqrafa əvvəlcədən onların şəklini çəkməyə icazə vermədiklərini bildirib. Lakin fotoqrafın inadından əl çəkmədiyini deyən Volkan bunu özünə qarşı sayğısızlıq kimi dəyərləndirib.

 

Daha çox


Son xəbərlər