Millinin sabiq futbolçusu Samir Əliyevin Qol.Az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsan?
- Heç nə ilə məşğul deyiləm. Bekarçılıq olduğu üçün evdəyəm.
- Bir zaman “Neftçi”nin heyətində məşq edirdin. Deyilənə görə, rəhbərlik sənə əməkdaşlıq üçün təklif göndərmişdi. Məsələ nə yerdə qaldı?
- İnşallah, qismət olsa, “Neftçi”də işləyəcəm. Yaxın zamanda bilinəcək ki, işim nə olacaq. Yəqin ki, məşqçi vəzifəsində çalışaram.
- Bundan öncə hansısa bir klubdan təklif almışdın?
- Xeyr.
- Millimizin Yaponiyayla yoldaşlıq görüşü barəsində nə deyə bilərsən?
- Vallah, nə deyim. Həmişəki kimi eyni ssenari davam edir. Sadəcə, maraqlıdır ki, bunlar Yaponiyaya bu qədər xərc çəkib nəyə gedirdilər? Xüsusən də, çempionat başa çatdıqdan sonra yorulmuş futbolçularla. Gedəcəkdinizsə, heç olmasa, 4-5 gün qabaqcadan yollanmalıydılar ki, oranın havasına, mühitinə adaptasiya olsunlar. Mən futbolçuları qınamıram. Özüm də milli komandada çıxış etmişəm deyə, onları yaxşı başa düşürəm. Meydana yorğun halda çıxanda nə qədər çalışsan da, ayağın qabağa getmirdi. Oyuna gəlincə, yaponlar həqiqətən güclüdür. Belə götürəndə onlara qarşı mübarizə aparmaq bizim üçün çox çətin məsələdir. Bəlkə də, Bakıda oynasaydıq, nəticə başqa cür ola bilərdi.
- İlk hissədə yığmamız 8-9 nəfərlə ancaq müdafiə olunurdu. Dərd orasıdı ki, heç düz-əməlli müdafiə də oluna bilmirdilər. Bunu nə ilə əlaqələndirərdin?
- Ola bilsin ki, Berti Foqts müdafiədən oynamaq barədə tapşırıq vermişdi. Belə götürəndə ilk yarıda müdafiədə uşaqlar pis təsir bağışlamadılar. Çünki qolu yalnız birinci hissənin sonlarında buraxdılar. Birinci hissədə qol buraxmasaydıq, ikinci yarıda daha yaxşı təsir bağışlaya bilərdik.
- Necə düşünürsən, yığmamızın müdafiə olunmağını, ümumiyyətlə, müdafiə adlandırmaq olarmı? Çünki arxa zonada tamamilə pərakəndəlik hökm sürürdü.
- Bəzi mütəxəssislərin də oyun və müdafiə barədə fikirlərilə mətbuatdan tanışam. Yəqin ki, onların fikrində haqlı məqamlar var. Onlar bunu məndən daha yaxşı analiz edirlər. Ona görə də bu fikirlə razılaşıram. Doğrudan da, belədir.
- Berti Foqts millimizin ikinci hissədə rəqibdən daha yaxşı təsir bağışladığını söyləmişdi. Bu fikirlə razısan?
- Rəqib komanda iki top üstün olandan sonra millimiz hücumlar etməyə başladı. Fikrimcə, ikinci hissədə yaponlar özləri oynamadı. Çünki istədikləri nəticəyə nail olandan sonra bir qədər rahatlaşdılar. Həmçinin də, rəqib futbolçuların çoxu tanınmış klublarda çıxış edir. İstəmədilər ki, heç nədən zədə alsınlar. Hər şeyə rəğmən bu gün Yaponiyayla ayaqlaşmağımız hələ tezdi.
- Artıq neçə ildir ki, Berti Foqts vədlər verərək millimizin oyununu yaxşılaşdıracağını deyir. Sən bu haqda nə fikirləşirsən?
- Mən düşünürəm ki, bizə vaxt lazımdır. Çünki gənc oyunçularımız yetişməlidir. Mənim şəxsi fikrimdir ki, Berti Foqts bu illər ərzində Azərbaycan yığması üçün heç nə etməyib. Heç indən belə də nəticə verməyəcək. Çünki hansısa yığmanı Avropa və ya dünya çempionatlarına çıxarmaq üçün ixtiyarında yaxşı futbolçular olmalıdır. Bunu üçün Foqts gərək vaxtının xeyli hissəsini ölkəmizdə keçirərək, yeni istedadlar axtarsın. Ondan istəyimiz bu idi ki, baş məşqçi kimi millimizin oyununu düzəltsin.
- Millini yerli mütəxəssisin çalışdırmasına tərəfdarsan?
- Bəli. Çünki yerlilər mentalitetimizi və futbolçularımızın dilini daha yaxşı bilir.
- Necə fikirləşirsən, artıq millidə yaşı keçmiş legionerlərə deyil, daha çox yerli gənc futbolçulara üstünlük verilməsinin zamanı deyilmi?
- Məsələn, Türkiyə millisi dünən gənc futbolçularla Gürcüstan yığmasını məğlub etdi. Ancaq məsələ burasındadır ki, həmin gənclər Türkiyə Super Liqasının aparıcı klublarında çıxış edir. Lakin hər şeyə rəğmən artıq bizdə də gənclərə daha çox yer verməyin vaxtıdır. Bəs, onları nə vaxt oynadacaq? Yaponiyayla oyunda həm də bilirsiniz nə xoşuma gəlmədi? Niyə, Rahid Əmirquliyev ehtiyatda oturmalı, Çertoqanov isə oynamalıdır? Məni bu məsələ çox qıcıqlandırdı. Ancaq bu gün azərbaycanlıların belə oyunlarda oynaması daha yaxşıdır. Rahid meydanda olsaydı, güya nə pis şey baş verəcəkdi ki? Həmçinin də, Rahidi qarşıda Avroliqa oyunları gözləyir. Ona yaponlarla oyunda çıxış etmək həm fiziki, həm də psixoloji baxımdan çox önəmli idi. Lakin Foqts bunu fikirləşmir. Nəyinə lazımdır ki?
- Qarşıdakı ikinci yoldaşlıq oyunumuz Andorrayla baş tutacaq. Bu oyunda millimizdən nə gözləyirsən?
- Azərbaycan millisi Andorranı gözüyumulu udmalıdır. Fikrimcə də bunu bacaracaq. Amma əgər, məğlub olsaq, gərək, Berti Foqtsu istefaya göndərsinlər. Daha bu qədər pul töküb, belə bir məşqçini niyə işlədirlər?
Əli HƏYATİ
"Real"da şok itki
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu