Qəbələ Futbol Akademiyasının fəaliyyət göstərdiyi 4 ildə gördüyü işlər göz qabağındadır. Akademiyada Azərbaycan futbolunun uğurlu gələcəyini təmin edəcək futbolçular yetişir, komandaları ölkə çempionatarlında yaddaqalan çıxış edir, beynəlxalq turnirlərdə ölkə futbolunu təmsil edirlər.
Bunda “Qəbələ” klubunun rəhbərliyi ilə yanaşı, akademiyanın direktoru Ali Yavaşın da əməyi böyükdür. “Qalatasaray”da uşaq futbolunda gördüyü işlərlə tanınan, Arda Turan başda olmaqla, bir sıra tanınmış futbolçuları yetişdirən təcrübəli türkiyəli mütəxəssis 2008-ci ildən “Qəbələ”mizin uğurları üçün çalışır. Bu mənada, onun uşaq futbolunun inkişafına xidmət edən “I Qəbələ Kuboku” turniri ilə bağlı fikirlərini bilmək maraqlı idi.
- Turnir ilk dəfə keçirilir və ənənəvi olacaq. Bundan sonra bu yarışı hər il təşkil edəcəyik. “I Qəbələ Kuboku” bu yöndə çalışmalarımızın ilki, gördüyümüz işlərin çox önəmli hissəsidir. Ona görə də təşkilati işlərə çox həssas yanaşmış və turniri yüksək səviyyədə təşkil etməyə çalışmışıq. Uşaqlarımıza çox faydalı olacağına inandığımız üçün bu turnirin davamlı olmasına çalışırıq. Növbəti illərdə daha güclü və tanınmış komandaları Qəbələyə gətirəcəyik.
“Barselona”, Madrid “Real”ı və “Atletiko” klubları ilə yaxşı əlaqələrimiz var və bundan istifadə edəcəyik. İtaliyadan “Milan”la “Yuventus”u dəvət edəcəyik. İlk turniri yüksək səviyyədə keçirmək lazımdır ki, bundan sonra daha məşhur, dünya və Avropa səviyyəsində olan klubların komandalarını Azərbaycana gətirək.
- Təşkilatçı “Qəbələ”nin bu turnirin təşkilində əsas məqsədi nədir?
- Əsas məqsədimiz Qəbələ Futbol Akademiyasında təlim görən uşaqlarımın futbol bilgilərini, təsəvvürlərini genişləndirmək, inkişaf etdirməkdir. Onlar əcnəbi yaşıdları ilə bilavasitə təmasda olacaq, onları yaxından görüb, tanıyacaqlar. Avropalıların necə oynadıqlarını görəcəklər. Bu, gənc azərbaycanlı futbolçuların inkişafı üçün çox önəmlidir.
- “Qəbələ” – “Qalatasaray” matçı şəxsən sizin çox maraqlı olmalıdır...
- Bəli, maraqlı oyun gözləyirik. Bu matçı Türkiyədə “Qalatasaray TV” canlı yayınlayacaq. Azərbaycanda turnirin oyunları isə “İdman Azərbaycan” vasitəsi ilə futbolsevərlərə göstəriləcək. Düşünürəm ki, turnir çərçivəsində çox maraqlı matçlar izləyəcəyik.
- Bəs gələcəkdə Türkiyənin digər məşhur klublarından olan “Fənərbaxça” və “Beşiktaş”ı turnirə dəvət edəcəksinizmi?
- Bəli. Hər il Türkiyənin bir komandasını Qəbələyə gətirəcəyik. Bu il “Qalatasaray”ı dəvət etdik. Növbəti illərdə “Fənərbaxça” və “Beşiktaş”a dəvət göndərəcəyik. Gələcəkdə iştirakçı komandaların sayını artırmaq fikrindəyik. Buna görə təşkilatçılığın yaxşı səviyyədə olmasına çalışırıq. İnanıram ki, xaricdən gələn komandalar “Qəbələ”ni, bizim turniri çox bəyənəcəklər. Mənim bu məsələdə “Qalatasaray”da işlədiyim dövrdən böyük təcrübəm var. İstəyimiz budur ki, “Qəbələ Kuboku”nu bölgədə ən məşhur turnirlərdən birinə çevirək.
Mənbə: gabalafc.az
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi