Ruslan Abışov "Antalyaspor"a keçir

Ruslan Abışov "Antalyaspor"a keçir
GÜNDƏM 23 May 2012 / 14:59 4430
-  A +

Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor” “Neftçi”nin və Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovu rəsmən heyətinə qatmağa hazırlaşır.

Qol.Az-ın əldə etdiyi məlumata görə, Andorra ilə yoxlama görüşündən sonra Antalya təmsilçisi Abışova rəsmi təklif göndərəcək. Elə bu klubun meneceri də ölkə kubokunun “Neftçi” - “Bakı” finalında məhz Ruslanın oyununu izləmək üçün ölkəmizə gəlmişdi. Həmin menecer daha öncə “Neftçi” - “Qarabağ” qarşılaşmasını da canlı olaraq stadiondan izləmişdi.
 
Bu arada, Antalya təmsilçisinin əsası 1966-cı ildə qoyulub. Komandanın hazırkı baş məşqçisi Mehmet Özdilekdir. Azərbaycan azarkeşlərinə yaxşı tanış olan Jaba da ötən mövsümü məhz bu komandada keçirib.

Qeyd edək ki, Ruslanın “Neftçi” ilə müqaviləsi başa başa çatdığından o, “Antalyaspor”a azad statuslu futbolçu qismində keçəcək.

Daha çox


Son xəbərlər