Türkiyənin "Beşiktaş" klubu növbəti dəfə baş məşqçisini istefaya göndərib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün baş məşqçi Tayfur Havutçu ilə görüş keçirən rəhbərlik gənc mütəxəssislə müqaviləni qarşılıqlı olaraq ləğv edib.
2010-2011 mövsümünün son dönəmində baş məşqçi Bernd Şusterin istefasından sonra komandanın sükanı arxasına keçən Havutçu iyulun 3-də danışılmış oyunlarla əlaqədar olaraq şübhəli şəxs qismində saxlanılmışdı. 5 aylıq həbsdən sonra isə Havutçu komandada baş koordinator vəzifəsinə təyin edilmişdi.
Cari mövsümün sonlarında Karlos Karvalhalın istefasından sonra isə Havutçu yenidən "Beşiktaş"ın baş məşqçi postuna qaytarılmışdı. Lakin komandanın Superliqanın final mərhələsindəki uğursuz çıxışdan narazı qalan rəhbərlik Havutçu ilə yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Havutçunun rəhbərlik etdiyi "Beşiktaş" klubu cari mövsümü 4-cü pillədə başa vurub.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"