“Qəbələ”nin baş məşqçisi Fatih Kavlakın daha bir il komandanın sükanı arxasında qalacağı haqda xəbər vermişdik.
Qol.Az-ın məlumatına görə, müqaviləsinin uzadılmasından sonra klubun rəsmi saytına açıqlama verən Fatih Kavlak rəhbərliyin güvənini doğrultmaq üçün əlindən gələni edəcəyini, yeni mövsümdə qarşıya qoyulan hədəflərə nail olunacağını söyləyib:
"Qərar məni çox sevindirdi. “Qəbələ” kimi peşəkar və futbol üçün hər cür şəraiti olan bir klubda fəaliyyətimi davam etdirəcəyimə görə sevincliyəm. Klub rəhbərliyinə mənə güvəndiklərinə və “Qəbələ” ilə uğur qazanmaq şansı verdiklərinə görə təşəkkür edirəm. İnanıram ki, bu il qarşımıza qoyulan hədəflərə nail olacağıq və komanda mövsümün sonunda istədiyi pillədə duracaq. Bunun üçün kollektiv olaraq çox işləməli olacağıq. Çalışacağıq, əlimizdən gələni edəcəyik və sonda məqsədlərimizə çatacağıq".
Kavlak “Qəbələ”nin hədəfinin çempionluq olduğunu, bunun üçün komandada bəzi dəyişikliklər ediləcəyini deyib: "Arxada qoyduğumuz mövsümdə də hədəflərimiz var idi. Lakin sona kimi döyüşsək də, istədiyimizə nail ola bilmədik. Artıq qarşıda bizi uzun hazırlıq dönəmi və tam bir mövsüm gözləyir. Bu, uğur qazanmaq üçün yetərincə vaxt deməkdir və bu şansı dəyərləndirəcəyimizə inanıram. Yeni mövsümdə hədəfimiz çempionluqdur. Bunun üçün komandada bəzi dəyişikliklər ediləcək. Bəzi futbolçular komandadan ayrılacaq və boşluqlar yeni transferlərlə doldurulacaq".
Qarşıdakı təlim-məşq toplanışından bəhs edən baş məşqçi yay hazırlıq dönəmi barədə də məlumat verib: "Artıq növbəti mövsümə hazırlıq planımız demək olar ki, hazırdır. Komanda iyunun 26-ı Qəbələdə biraraya gələcək və həkim müayinəsindən keçəcək. Hazırlığın ilkin mərhələsi doğma şəhərimizdə baş tutacaq. İyulun 13-ə kimi Qəbələdə hazırlıq prosesimiz davam edəcək. Daha sonra isə ölkə xaricinə təlim-məşq toplanışına yollanacağıq. Gedəcəyimiz ölkə hələ ki, məlum olmasa da, bu istiqamətdə iş gedir. Biz uyğun variantı araşdırıb dəyərləndirəcəyik".
F.Kavlak məşqçilər korpusunda da yeniliyin gözlənildiyini sözlərinə əlavə edib: "Ötən mövsüm məşqçilər korpusunda yer alan İbrahim Bakır və qapıçı məşqçisi Vüqar Məmmədovla yolumuza davam edəcəyik. Sadəcə korpusumuza bir yerli məşqçi də əlavə etməyi planlaşdırırıq. Bu məsələyə də yaxın vaxtlarda aydınlıq gələcək".
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək