“İnter” klubunun prezidenti Georgi Nikolov Qol.Az saytına müsahibə verib
- “İnter”də baş verən son dəyişikliklərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Hazırda futbolçular istirahətə buraxılıb. Düzü, mən özüm də başqa işlərlə məşğulam. 1 həftəyə yəqin ki, heyətlə bağlı bütün suallara aydınlıq gələcək.
- Rəsmi olaraq, neçə futbolçu ilə razılığa gəlmisiniz?
- Bu siyahı tam dəqiqləşməyib. Dediyim kimi, 1 həftəyə hər şey konkret bilinəcək.
- Georgi Adamiyanı artıq “İnter”in futbolçusu saymaq olar?
- 50, bəlkə də daha çox faiz etibarilə olar. Ancaq hələ ortada rəsmi heç nə yoxdur. Adamiya bizim maraq dairəmizdə olan futbolçiudur. Onun özü də “İnter”də çıxış etmək arzusundadır. Lakin maddi məsələlərdə razılığa gəlmək lazımdır. Futbolçu hazırda vətəni Gürcüstanda istirahət edir. Yəqin ki, baş məşqçimiz Kaxaber Sxadadze orada onunla görüşüb hər şeyi müzakirə edəcək.
- Bəs Tale Şuts necə?
- Şutsu artıq “İnter”İn futbolçusu hesab etmək olar. Çünki onunla razılıq əldə olunub və müqavilə də bağlanıb.
- Müqavilənin müddəti neçə illikdi?
- Bizdə, ümumiyyətlə, bütün futbolçularla 1 illik müqavilələr bağlanır.
- Son vaxtlar “Kəpəz”li Yuri Fomenkonun da “İnter”ə keçəcəyi deyilir. Bu haqda nə deyə bilərsiniz?
- Bu məsələ ilə klubumuzun menecerləri məşğul olduğundan onlar daha dəqiq məlumat verə bilərlər.
- 2011-12-ci il mövsümünü necə dəyərləndirərdiniz?
- Yaxşı mövsüm oldu. Baxmayaraq ki, çempionata o qədər də yaxşı başlamadıq amma, sonradan toparlana bildik. Bizim üçün qarşıya qoyulan minimum vəzifə avrokuboklara vəsiqə idi ki, bunun da öhdəsindən gəldik. Düşünürəm ki, hazırkı heyət üçün bu nəticə normaldı. Artıq bundan sonrasına baxacağıq.
- Ancaq razılaşın ki, Avropa Liqasında uğurlu çıxış etmək üçün heyət gücləndirilməlidir...
- Təbii, heyət güclənəcək. Hesab edirəm ki, hücumda ciddi problemlərimiz olduğundan bu mövqeyə təcili futbolçular alınmalıdır. Özü də səviyyəli futbolçular. Turnir cədvəlinə də diqqət yetirsəniz görərsiniz ki, mövsüm ərzində cəmi 29 qol vurmuşuq ki, bu da aşağı göstəricidir. Deməli, bizə qol vuran futbolçu lazımdır.
- Avropa Liqasında qarşınıza qoyduğunuz hədəf nə olacaq? Yəqin ki, ən azından bir mərhələni keçməyi düşünürsünüz?
- Hədəfimiz, ən azı iki mərhələ keçməkdir. Şəxsən mənim fikrim bilmək istəyirsinizsə, mən qrup mərhələsi deyərdim. Ancaq onu da etiraf edim ki, Avropa Liqasının qrup mərhələsinə düşsək bu, fantastika olacaq (gülür).
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı