"Kvins Park Reyncers" klubunun futbolçusu Joey Bartonun İngiltərə Futbol Federasiyası (İFF) tərəfindən ciddi cəzalandırılacağı gözlənilir.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərə Premyer Liqasının sonuncu - 32-ci turu çərçivəsində "Mançester Siti" ilə keçirilən oyunda birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Barton oyundan çıxarkən aqressiv hərəkətləri ilə diqqət çəkib.
Matçın 55-ci dəqiqəsində rəqib futbolçu Karlos Tevezin üzünə dirsəklə vuran Barton qırmızı vərəqinin ardından meydanı tərk edərkən "Mançester Siti"nin hücumçusu Serxio Aqueroya da təpiklə zərbə endirib. İFF-nın 29 yaşlı futbolçunu mövsüm ərzində ikinci dəfə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandıracağı iddia olunur. Üstəlik Barton meydanı tərk edərkən Aqueronu da vurduğuna görə daha 5 oyunluq cəzalandırılacaq.
Qeyd edək ki, "Mançester Siti" - "Kvins Park Reyncers" matçı 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi