Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az-a müsahibə verib
- Son turda sabiq klublarınız “Xəzər Lənkəran”la “Qarabağ” Lənkəranda üz-üzə gəlir. Tərəflərin qələbə şansını necə qiymətləndirərdiniz?
- İlk öncə onu deyim ki, mənim fikrimcə, “Xəzər Lənkəran”la “Qarabağ” avrokuboklara vəsiqə şansını son tura saxlamamalıydı və çoxdan bunu həll etməliydi. Ancaq indi vəziyyət elədir ki, iki komandadan biri qalmalıdır. Düzdür, burada “İnter” - “Bakı” matçının da nəticəsi önəmli rol oynayacaq. Düşünürəm ki, Avropa Liqasına “Xəzər Lənkəran”la “Qarabağ” getsə, daha maraqlı olar.
- Həm Yunis Hüseynov, həm də Qurban Qurbanov sabiq yetirmələrinizdi. Hazırda isə hər ikisi ölkənin perspektivli məşqçiləri hesab olunur. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hər ikisində yaxşı perspektiv görürəm. Yunis Hüseynov “Karvan”da işləyərkən məni də öz komandasına məsləhətçi kimi dəvət etmişdi. Həmin vaxt orada gözəl komanda yaratmışdı, çempionatın bürünc, gümüş medallarını qazandı, UEFA kubokunda mərhələ keçdi. Amma Yunis öz üzərində çox işləməlidir. Çünki müasir futbol ilbəil dəyişir, yeniləşir və bununla mütləq ayaqlaşmaq lazımdır. Eyni sözləri Qurban Qurbanov haqqında da deyərdim. Əgər bir məşqçi ki, öz üzərində işləmədi, o, uğur qazana bilməyəcək. Qurban Avropada yaxşı nəticələr qazanıb. Amma mən elə düşünürəm ki, “Qarabağ” hələ iki il bundan əvvəl çempion olmalıydı.
- “İnter” - “Bakı” matçından nə gözləyirsiniz?
- Bilirik ki, “Bakı” artıq avrokuboklara vəsiqəni təmin edib. Ancaq inanmıram ki, onlar bu oyunda əsas heyəti oynatmayıb güclərini kuboka yönəldəcəklər. Başqa məşqçiləri bilmirəm, amma şəxsən mənim üçün çempionat oyunu həmişə kubokdan üstün olub. Bir də ortada imic söhbəti var. Hər klub üçün onun imici çox yüksəkdir. Bilirəm ki, “Bakı” klubu, onun rəhbərliyi də klublarının imicini hər şeydən yüksək tutur. Odur ki, onların “İnter”ə güzəştə gedəcəyinə inanmıram.
- Novruz Əzimov da keçmiş yetirmələrinizdən olub. Onun baş məşqçi kimi fəaliyyətini necə dəyərləndirirsiniz?
- Normal. Amma o da öz üzərində çox işləməlidir. Mən bir şeyi də deyim ki, bizim klub rəhbərləri də yerli məşqçilərimizə inanmalıdırlar. Bu inam, güvən olandan sonra nəticə də olur. Türkiyəni misal gətirə bilərəm. Onların ən güclü klubları “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor”du. Hamısının da baş məşqçisi türklərdi.
- Başqa bir sabiq komandanız “Neftçi”nin çempionluğunu necə qarşıladınız?
- Normal. Bu komanda çempionatın əvvəllərindən zirvəni ələ keçirdi və sona qədər də əlində saxladı. Bundan başqa, Böyükağa Hacıyevin taktiki gedişlərini də qeyd etmək istərdim. Belə ki, o, Denis Silvanı mərkəzdə oynatdı, iki, bəzən isə üç dayaq yarımmüdafiəçisindən də istifadə etdi.
- Sonda. Futbol üçün darıxmırsınız?
- Darıxıram, özü də çox. Yəqin ki, imkan olar, biz də yendən iş başında olarıq.
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası