“Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 32- ci turunda səfərdə öz meydanında inamlı təsir bağışlayan “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu görüş barəsində nə deyə bilərsən?
- Lənkərandakı oyunlar hər zaman ağır keçir. Heç vaxt oradakı oyunlar bizim üçün rahat keçməyib. “Xəzər lənkəran” evdə heç kimə asan xal verən komanda deyil. İnşallah, əlimizdən gələni edəcəyik ki, avrokuboklara gedək.
- Lənkəranda böyük azarkeş kütləsi qarşısında oynamaq sizə çətin olmayacaq?
- Əksinə xeyrimizə olacaq. “Qarabağ” il ərzində bir avrokubok, bir də Lənkərkandakı oyunlar zamanı bu qədər azarkeş önündə oynayır. Ona görə bizə belə coşqu altında oynamaq çətin olmayacaq. Əksinə belə mühit oyuna əlavə rəng qatacaq.
- Yəqin ki, mövsümün son oyununun sizin üçün nə qədər önəmli olduğunu yaxşı başa düşürsünüz?
- Bunu çox gözəl başa düşürük. Belə bir vacib qarşılaşma olmasaydı belə, yenə də “Qarabağ” əlindən gələni edəcəkdi ki, “Xəzər Lənkəran”ı məğlub etsin. Avroliqaya vəsiqə qazanmasaq da, bizim üçün hər bir oyun əhəmiyyətlidir. Avroliqaya düşməmək də olar. Bu o demək deyil ki, “Qarabağ”ın futbolçuları və ya məşqçisi pisdir. Hər oyunda istədiyin nəticəni əldə etmək olmur. Birdə görürsən ki, yaxşı oynasan da, qol imkanlarından istifadə edə bilmirsən və nəticədə xal itirirsən.
- Qol vurmaqdan söz düşmüşkən, sən nə vaxt qola vuracaqsan?
- Təəssüf ki, “Qarabağ”ın heyətində hələ bu sevinci yaşamamışam. Lakin birinci dəstədə oynayarkən bir dəfə qol vurmuşam. Onu da öz qapımıza (gülür).
- Qayıdaq, yenidən Lənkərandakı oyuna. Qələbə qazanmaq şanslarınızı necə dəyərləndirərdin?
- Bizə “Xəzər Lənkəran”la görüşdə heç-heçə sərf etməyəcək. Lakin futbolda nəyisə qabaqcadan proqnozlaşdırmaq olmur. Ancaq çalışacağıq ki, oyunda qalib gələk. Belə götürəndə “Xəzər Lənkəran” məğlubedilməz deyil. Onları səfərdə də məğlub etməyi bacarmışıq. Fikrimcə, “Qarabağ”ın oyunu Lənkəranda yaxşı alınır. Mən hər zaman demişəm ki, əgər “Qarabağ”ın oyunu alınarsa, Azərbaycanda heç bir komanda onu dayandıra bilməz.
- “İnter”lə oyundada mərkəzdə çatışmazlıqlar özünü göstərirdi. Bir sözlə, Rəşad Sadiqovun Lənkərandakı qarşılaşmada olmaması komandanızın çıxışına hansısa təsir göstərəcəkmi?
- Onun olmamasının komandanın oyununa lap ciddi təsir etdiyini demək düzgün deyil. Çünki futbol fərdi deyil, komanda oyunudur. Demək olmaz ki, flankəs yoxdur deyə, “Qarabağ”ın oyunu alınmayacaq. Mən demək istəmirəm ki, Rəşad pis oyunçudur. Hazırda bizim əlimizdə hansı futbolçular varsa, onlardan istifadə etməliyik. Komandanın “İnter”lə oyunu mənim çox xoşuma gəldi. Çünki uşaqlarda qələbə qazanmaq üçün qeyri-adi bir istək vardı. Komandamız “İnter”in qapısına qol vurarkən özümü saxlaya bilməyərək, ağladım. Məndə hələ belə bir şey olmamışdı. Hətta məşqçilər heyətində də gözləri yaşaranlar oldu. Düzdü, bunu özüm görməsəm də, eşitdim. Hər kəs çox duyğulanmışdı. Həmin oyunda qələbəni çox istəyirdik.
- Şayiələr gəzir ki, “Bakı” digər paytaxt təmsilçisi “İnter”ə üç xal verəcək. Bu barədə nə düşünürsən?
- Onu dəqiq deyə bilmərəm. Hər kəs öz vicdanı qarşısında cavab verməlidir. Lakin bir şeyi yaxşı bilirəm ki, iki il öncə “Bakı” səfərdə “Xəzər Lənkəran”ı məğlub edərək bizə çempion olmaq şansını yaratmışdı. Lakin “Neftçi”ə qalib gələ bilmədiyimiz üçün “İnter”lə qızıl oyunda oynamaq şansımızı əldən verdik.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov