Böyükağa Hacıyev: "Məğlubiyyət bizə sərf edir"

Böyükağa Hacıyev: "Məğlubiyyət bizə sərf edir"
GÜNDƏM 5 May 2012 / 20:34 3054
-  A +

"Bakı"nı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Hər iki komanda meydana gənc futbolçularla çıxmışdı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Bakı" ilə oyundan sonra (0:2) keçirilən mətbuat konfransında deyib.

B.Hacıyev kubokun finalından öncə məğlubiyyətin onlara sərfəli olduğunu bildirib:

"Kubokdan öncə məğlub olmağımız bizə sərf edir. Çünki, kubokun finalında “Bakı”nı məğlub etmək üçün daha əzmli mübarizə aparacağıq. Növbəti turda da “Bakı”ya uğurlar arzulayıram".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner