Qol.Az-ın yazarı Anar Xanlarovun "Budurmu, "Neftçi"nin peşəkarlığı?" yazısı ilə bağlı klubun mətbuat xidmətinin əməkdaşı Gündüz Abbaszadədən saytımıza məktub ünvanlanıb. Həmin məktubu dərc edirik:
"Sadıq Sadıqovun “Neftçi”yə gəlişindən sonra klubda görülən işlər, əldə olunmuş nəticələr, aparılan strategiya göz qabağındadır. Əsasən yerli futbolçulara güvənən “Neftçi”də oyunçulara göstərilən diqqət və qayğıdan bir daha danışmaq yersiz olardı. Məncə belə bir klubun şərəfini qorumaq, ağ-qara formanı geymək hər bir azərbaycanlı futbolçunun arzusudur. Bir vaxtlar “Neftçi”də çıxış etmiş “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqovun yenidən doğma komandası ilə razılığa gəlməsi məlumunuzdur. Təxmin etdiyim kimi bu xəbər mətbuatımızın köşələrinə tezliklə yayıldı.
Elə ilk olaraq futbolçu özü "Neftçi" ilə razılığa gəlməsi barədə açıqlama verdi. Təbii ki, “Neftçi” də öz növbəsində ilkin razılığın əldə olunmasını təsdiqlədi. Təssüf doğuran məqam isə odur ki, qələminə və şəxsiyyətinə hörmətlə yanaşdığım həmkarlarımdan Anar Xanlarov məsələyə emosional yanaşaraq “Neftçi”ni qeyri peşəkar addım atmaqda suçladı. Hörmətli həmkarımın diqqətinə çatdırmaq istəyirəm ki, FİFA-nın qaydalarına əsasən istənilən futbolçu transfer müddətinin bitməsinə 6 ay qalmış digər bir klubla danışıqlara başlaya, 3 ay sonra isə ilkin razılığa gələ və müqavilə imzalaya bilər. Yəni yazılan qaydalar “Neftçi”nin tam peşəkar və qaydalar çərçivəsində addım atdığını bir daha təsdiqləyir.
O ki, qaldı məsələnin mənəvi tərəfinə Rəşad Sadiqov özü də mətbuata açıqlamasında “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanovla heç bir problemin olmadığını, keçidi haqda Qurban Qurbanovu məlumatlandırdığını deyib. Baş məşqçi də açıqlamasında Rəşadla normal şəkildə ayrıldıqlarını, onu qovmadığını etiraf edib. Qurban Qurbanov bunu peşəkar qaydada atılmış addım kimi qiymətləndirib.
Qarabağ hamımızın yaralı yeridir, mən daxil, “Qarabağ”ın zəfərlərinə sevinməyən Azərbaycan vətəndaşı yəqin ki yoxdur. Bu adın ətrafında hamımız həmrəyik. İş peşəkarlığa gələndə isə hisslərlə davranmaq yanlışlığa gətirib çıxarır. Bu azarkeş yanaşmasına bənzəyir. Bəli fanatlar hansısa futbolçunun komandasını dəyişməsini qınaya, buna etiraz edə bilər. Amma kimisə qeyri-peşəkarlıqda suçlayan peşəkar jurnalist yazısında faktlara söykənməyə borcludur. Hər halda jurnalistikadan xəbərimiz var və bilirik ki, peşə etikamız bunu tələb edir".
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”