Fatih Terimə ağır cəza

Fatih Terimə ağır cəza
GÜNDƏM 4 May 2012 / 22:55 3049
-  A +

Türkiyə Futbol Federasiyası İstanbulun "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimə ağır cəza kəsib.

Qol.Az-ın məlumatına görə, buna superliqanın son turunun "Qalatasaray" - "Trabzonspor" oyununda Terimin görüşün baş hakimini təhqir etməsi səbəb olub. Federasiyanın qərarına əsasən, Terim superliqanın qarşıdakı üç oyununda texniki zonaya daxil ola bilməyəcək və matçı tribunadan izləmək məcburiyyətində qalacaq.

Bu cəza cari superliqanın son iki oyununa ("Qalatasaray" - "Beşiktaş" və "Fənərbaxça" - "Qalatasaray") və növbəti çempionatın ilk turunun matçına aid ediləcək.

Daha çox


Son xəbərlər