“İnter” klubunun müdafiəçisi Valeri Abramidzenin Qol.Az saytına müsahibəsi
- İlk öncə Unibank Premyer Liqanın 30-cu turunda evdə “Xəzər Lənkəran” la 0:0 hesabıyla bərabərə qaldığınız görüş haqda fikirlərini bilmək istərdim.
- Həddindən artıq gərgin və çox vacib bir oyun idi. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Qarşılaşmada hesab açılmasa da, qol vurmaq üçün şanslarımız az olmadı. Amma bunu reallaşdıra bilmədik.
- Qol vura bilməməyinizin səbəbini nədə görürsən?
- Düzdü, qol epizodlarını dəyərləndirə bilmədik. Lakin hər oyunda bütün ələ düşən imkanları dəyərləndirsək, onda bu, futbol yox, basketbol olar. Biz axı, basketbol yox, futbol oynayırıq. Elə rəqibimizin də qol epizodları az olmadı. Onlar da bu fürsətdən istifadə edə bilərdilər. Fikrimcə, hər iki komanda real qol şanslarını dəyərləndirə bilsəydi, hesab 4:4 olardı.
- Hazırda turnir cədvəlinin üçüncü pilləsindəsiniz. Ən əsas izləyiciniz “Qarabağ” sizdən cəmi üç xal geri qalır. Necə düşünürsən,mövsümün sonuna qədər hazırkı yerinizi qoruya biləcəksiniz?
- Biz mövsümün sonunda nəinki üçüncü pilləni qoruya, hətta ikinci yerə də qalxa bilərik. Hər şey öz əlimizdədir.
- Yeri gəlmişkən, növbəti turda “Qarabağ”la Quzanlıda üz-üzə gələcəksiniz.
- Bu, bizim üçün ən həlledici qarşılaşmalardan biri olacaq. Bu oyunda qeydə alınacaq nəticə klubların Avroliqada çıxış edib-etməyəcəyini müəyyənləşdirəcək. Ona görə də, biz nəticəyə oynayacağıq. Rəqibimiz də çox təcrübəli və güclü komandadır. Hər zamanki kimi onlarla oyunumuzun çətin keçəcəyini düşünürəm. İstənilən halda çalışacağıq ki, yaxşı nəticə əldə edək. Həm qələbə, həm də heç-heçə bizi qane edəcək.
- Komandanın təcrübəli müdafiəçisi kimi “Qarabağ”ın heyətində xüsusi olaraq hansı futbolçudan ehtiyyat edirsən?
- Bir müdafiəçi kimi mənim üçün rəqibin ən çətin futbolçusu Georgi Adamiyadır. Onun adını yerlim və dostum olduğu üçün çəkmirım. Çünki Adamiya hər zaman gözlənilməz olanları edə bilir. Elə futbolçular var ki, onların oyunlarını, nə edəcəklərini “oxuyursan”. Lakin Adamiyada bunu etmək çətindir.
- Quzanlıda məğlub olsanız, Avroliqa şanslarınız yarıbayarı azalacaq...
- Əlbəttə, bunu çox gözəl dərk edirik. Məhz bu üzdən komanda “Qarabağ”la qarşılaşmaya çox ciddi yanaşır. Ona görə də hazırlıqlar yüksək səviyyədə gedir. Məncə, amansız bir mübarizə olacaq.Əsas hakimlik normal səviyyədə olsun.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı