"Barselona" klubunun baş məşqçisi Pep Qvardiolanın mövsümün sonunda komandadan gedəcəyini açıqlaması birmənalı qarşılanmayıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bir sıra futbol mütəxəssisləri Qvardiolanın "Barselona"dan getməsinə münasibət bildiriblər.
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Qvardiolanın bu qərarının onun üçün gözlənilməz olduğunu deyib: "Məncə, belə qərarın verilməsi üçün uyğun zaman deyildi. Ancaq Qvardiola fərqli addım atdı. Açığı bunu gözləmirdim. Burada qazanılacaq qələbə, məğlubiyyət və çempionluqdan öncə "Barselona"nın bir fəlsəfəsinin olması daha vacib idi. Bu qərarın komanda üçün faydalı olacağını düşünmürəm".
"Nyukasl" klubunun çalışdırıcı Alan Pardev isə Qvardiolanın qərarına belə münasibət bildirib: "Təbii ki, Qvardiolanın gedişi gözlənilməz oldu. Ancaq bu, onun şəxsi qərarıdır. Qvardiolanın uzun müddət "Barselona"da işləməsi də heç asan deyildi. O, bu komanda ilə bir sıra uğurlar qazanıb. Ona görə də Qvardiolanın gedişində futbolçuların və ya rəhbərliyin hansısa təsirinin olduğunu düşünmürəm"
"Ayaks" klubunun baş məşqçisi, sabiq "Barselona"lı futbolçu Frank de Bur da Qvardiolanın komandadan gedişinə biganə qalmayıb: "Qvardiola "Barselona" üçün çox işlər görüb. Onun bu komandada qazanmadığı uğur qalmayıb. Ancaq yenə də Qvardiolanın "Barselona"dan getməsi utancvericidir. Çünki onun komandadan getməsi üçün səbəb yox idi. Mənim "Barselona"nı çalışdırmağıma gəldikdə isə buna hələ hazır deyiləm".
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi