“Barselona”nın baş məşqçisi Xosep Qvardiola bu gün Bakı vaxtı ilə saat 23.00-da Madrid “Real”ına qarşı keçiriləcək İspaniya çempionatının oyunu ilə əlaqədar mətbuat konfransı keçirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Qvardiola bildirib ki, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər: “Real” bir neçə gün əvvəl Çempionlar Liqasında qarşılaşdığımız “Çelsi”dən fərqli olaraq, müdafiədə daha az oynayır. “Real” güclü və hər zaman yaxşı futbol oynayan komandadır. Bizə problem yarada bilərlər. İndi aramızda dörd xal fərq var. Amma qələbə qazansaq, çempion olacağımızı düşünürəm. Hər hansı xal itirsək isə “Real”ı çempionluğa görə təbrik edəcəyəm”.
Qvardiola qeyd edib ki, “Barselona”nın oyun sistemi bütün rəqiblərinə problem yarada bilir: “Real” daha çox cinahlardan oyun qurmağa üstünlük verəcək. Eyni zamanda hava toplarıyla oynamaqla hücum qurmağa çalışacaqlar. Bunu əngəlləmək üçün matçda topun bizdə daha çox qalması lazımdır”.
Qvardiola “Real”la oyun ərəfəsində komandada bəzi futbolçuların xırda zədələri olduğunu da deyib: “Aleksis Sançes məşqə çıxsa da, ağrıları davam etməkdədir. Dünənə nisbətən bu gün daha yaxşıdır. Sabah zədəsinin düzəlməsində yenə inkişaf ola bilər. Amma oynayıb-oynamayacağı hələ bilinmir. Puyol və Maskerano isə hazırda oynaya bilərlər. Pikeni “Çelsi”ylə matçda yüngül zədəsinə görə oynatmamışdım. Onun durumunda bir sıxıntı yoxdur”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi