Unibank Premyer Liqasının XXIX turu Ağdamın “Qarabağ” klubu üçün tarixi əhəmiyyət kəsb edir. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov komandasını 119-cu dəfə çempionat oyununa çıxaracaq. Aprelin 22-də “Bakı” ilə keçiriləcək qarşılaşmaya qədər “Qarabağ”ı 118 görüşə çıxaran mütəxəssis 2008-ci ilin yayından bu postda çalışır.
2008/09 mövsümündə 26, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 32 Premyer Liqa matçında “Qarabağ”ın “sükanı arxasında” olan Qurbanovun hesabında cari mövsümün startına kimi 90 çempionat oyunu var idi. Bu mövsüm 28 qarşılaşmanı arxada qoyan mütəxəssis artıq 119-un astanasındadır.
“Bakı” ilə oyunda Qurbanov “Qarabağ”ın 13 illik rekordunu təkrarlayacaq. Belə ki, Ağdam klubunun tarixində komandanı Azərbaycan çempionatlarında ən çox oyuna çıxaran baş məşqçi adına şərik olacaq. Artıq XXX turda isə mütləq rekordun müəllifi olacaq. Hələlik isə bu rekord Ağasəlim Mircavadova məxsusdur. O, 1993, 1993/94, 1994/95, 1995/96 və 1998/99 mövsümlərində işlədiyi “Qarabağ”ı 119 oyuna çıxarıb. Mircavadovun 1999-cu ildə çatdığı 119 səddinə sonrakı 13 ildə yaxınlaşan baş məşqçi olmamışdı. İndi isə klubun Azərbaycan çempionatlarında sayca 11-ci baş məşqçisi olan Qurbanov bu rekorda şərik olur.
Qeyd edək ki, Qurbanovlu “Qarabağ” Premyer Liqada keçirdiyi 118 oyunda 59 qələbə qazanıb, 34 heç-heçə edib, 25 dəfə məğlub olub, top fərqi 139-88-dir. Bu isə o deməkdir ki, Qurbanov rekorda şərik olacağı matçda yubiley qələbəsini də qazana bilər.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular