“Simurq” klubunun yarımmüdafiəçisi Andreys Rubins zədə səbəbindən 6 tur idi ki, komandaya kömək edə bilmirdi. Bu səbəbdən qarşılıqlı razılıq əsasında müqaviləsi vaxtından əvvəl ləğv edilən latviyalı futbolçu əməliyyat üçün Almaniyaya yollanmamışdan öncə “Simurq”un rəsmi saytına müsahibə verib.
- Andreys, “Simurq”da keçirdiyin mövsümü necə dəyərləndirərdin?
- Mövsümə istədiyim kimi başlaya bilmədim. İki oyundan sonra ayağımda ağrılar hiss etməyə başladım. Buna baxmayaraq, qış fasiləsinə qədər oyunlara ara vermədim. Komandanın Antalyadakı təlim-məşq toplanışında ağrılar daha da artmağa başladı. Adi məşqlərdə bu mənə çox çətinlik yaradırdı. Fasilədən sonra isə gördüm ki, əvvəlkinə baxanda ağrılar daha da artır. Yenidən həkimlərə müraciət etdim və qərara alındı ki, əməliyyat olunmalıyam. Bu səbəbdən də, “Simurq”da keçirdiyim mövsümün heç də yaxşı bitirmədiyimi deyə bilərəm.
- “Simurq”dan hansı təəssüratlarla ayrılırsan?
- Buradan çox yaxşı təəssüratlarla ayrılıram. Biz bir çox oyunlarda autsayder hesab olunmağımıza baxmayaraq, “Xəzər Lənkəran”, “Qəbələ” və bir çox güclü rəqiblərə qarşı əla mübarizə apardıq. Hamı bizdən çəkinirdi. Bizdə heç bir komandadan qorxmurduq. Hər bir qarşılaşmada sona qədər mübarizə aparırdıq.
- “Simurq”u növbəti oyunlarda və gələcək mövsümdə necə görürsən?
- Fikirləşirəm ki, hər şey yaxşıya doğru gedir. Klubun prezidenti Anar Bəkirov həqiqətən də komadanın qalib gəlməsini istəyir. Bunun üçün çox çalışır. O, istəyir ki, komandanın əvvəlki gücünü qaytarsın. “Simurq” yenə Avrokuboklarda mübarizə aparsın. İnanıram ki, bunlar yenidən təkrarlanacaq və mənim də köməyimə ehtiyac duyulacaq (gülür).
- Burada oynadığın müddətdə komanda rəhbərliyi ilə münasibətlərin necə idi?
- Burada özümü çox rahat hiss edirdim. Klub rəhbərliyi ilə münasibətlərim çox yaxşıdır. Oynadığım müddətdə onlarla heç bir problem yaşamamışam. Hər zaman bir – birimizi yaxşı başa düşmüşük və daima mənə qayğı göstərilib. İndi də çox səmimi ayrıldıq. Müalicə və əməliyyat üçün mənə həm maddi, həm də mənəvi dəstək olundu.
- Sənin artıq komanda ilə müqavilən rəsmi şəkildə ləğv edildi. “Simurq”dan getməyinin səbəblərin açıqlaya bilərsənmi?
- Səbəb ayağımdakı zədədir. Əməliyyat olunmaq üçün bu gün Almaniyaya gedirəm. İnanıram ki, hər şey yaxşı keçəcək. Karyeramı davam etdirmək arzusundayam. Komanda rəhbərliyi mənə bildirdi ki, qapımız həmişə sənin üzünə açıqdır. İnanıram ki, bərpa prosesindən sonra yenidən prezidentlə əlaqə saxlayıb sağaldığımı bildirəcəm. Əgər o, yenidən məni komandada görmək istəsə və dəvət etsə, çox güman ki, yenidən “Simurq”a qayıdacam.
- Azərbaycan futbolu və çempionatı haqqında nə deyə bilərsən?
- Əla komandalar var. Çempionat çox maraqlı keçir. Əvvəlcədən kimin real olaraq qalib gələcəyini müəyyən etmək çox çətindir. Hər bir komanda istənilən nəticəni göstərə bilər. Bu cür çempionatda oynamaq maraqlıdır. Burada hər bir komanda qalib gəlməyə çalışır. Mən “Simurq”a gələndə qarşımıza məqsəd qoymuşduq ki, ilk “altılıq”da yer tutaq. Lakin hər şey istədiyimiz kimi getmədi. Komanda gec yığıldı. Buna baxmayaraq, hesab edirəm ki, yaxşı mübarizə apardıq. Sona qədər “altılığ”a düşmək şansımızı saxladıq.
- Georgi Çixradze baş məşqçi postuna gətirildikdən sonra “Simurq”da hansı dəyişikliklər hiss olunur?
- Onunla “İnter”də birlikdə işləmişəm. Yaxşı mütəxəssisdir. Fikirləşirəm ki, o gəldikdən sonra komanda plan üzrə irəliləyir. Futbolçular meydanda nə etdiyini yaxşı bilir. Əvvəl biz yalnız meydanda təcrübəli futbolçulara güvənirdik, Poşkusun hər bir vəziyyətdə qol vuracağına inanırdıq. İndi isə hamı başa düşür ki, hər kəs meydanda bərabərdir. Bu komanda üçün çox müsbət haldır.
- Sonda komanda yoldaşlarına, rəhbərliyə, azərkeşlərə nə deyərdin?
- Hər bir kəsə, azərkeşlərə, rəhbərliyə, komanda yoldaşlarıma mənə göstərdikləri xoş münasibətə görə çox sağolumu bildirirəm. Komanda yoldaşlarım ilə əla münasibətlərim var idi. Hər birinə uğurlar arzulayıram. Növbəti oyunlarda “Simurq”un qələbə qazanmasını diləyirəm. İnanıram ki, gələn mövsüm komanda yoldaşlarım azərkeşlərin istəyini yerinə yetirəcək. “Simurq” Avroliqada aqressiv və mübariz oyunu ilə özündən söz etdirəcək.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi